17:57 12.02.2023 405

“Dördüncü yer bizim üçün pis nəticə deyil” - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 22-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib: 

“Rəqibi təbrik edirəm. Çox yaxşı mübarizə apardılar, çox istəkli idilər. Biz oyuna passiv başladıq. Çoxlu top itkilərinə yol verdik. Qol buraxdıqdan sonra canlandıq. Nəzarət bizdə idi. Amma ikinci qoldan sonra demək olar ki, oyunun nəticəsi bəlli idi. Komandada belə şey formalaşıb ki, qol buraxandan sonra aktivləşir. Bu, həmişə effekt verməyə bilər. 2:0-dan sonra oyunu dəyişmək çox çətin idi. Nəticə çıxarmaq lazımdır. Oyunlara daha aktiv başlamalıyıq. Bərabər səviyyəli oyun gedirdi. Bu, mənə kifayət etmirdi. Bu gün yaxşı oynadıq deyə bilmərəm. Daha üstün, dominant oynamağa çalışdıq. Rəqib buna imkan vermədi. "Səbail"ə imkan verdik ki, pressinqi effektiv olsun. Top itkilərimiz oldu. Komandadan daha yaxşı oyun gözləyirdim.

Fərqli "Səbail" var idi qarşımızıda. Əvvəlkilərlə inidiki oyun arasında fərq çox idi. Bilirdim ki, qarşımızda fərqli komanda olacaq. Rəqib bizimlə oyuna xüsusi motivasiya ilə çıxacaq. Bilirdim ki, rəqibdə boşluqlar olmayacaq. Şahin müəllim oyuna yaxşı hazırlamışdı komandanı. Gedişat pis olanda da, komandasını oyuna yaxşı hazırlaya bilir. Səhv etmirəmsə, "Səbail"ə ilk məğlubiyyətimizdir. Qalib gəlmək istəyirdik. "Neftçi" də "Qəbələ" ilə heç-heçə etmişdi. Şansımız var idi ki, üçüncü yerə yaxınlaşaq. Təəssüf ki, bu şansı qaçırdıq. Süni meydanda oynayırdıq, rəqib sonuncu pillədə idi. Bu cür rəqiblə oynamaq çətindir. Çünki, ölümünə oynayırlar. "Səbail" də belədir. Yolumuza davam edirik. Narazı qalacaq bir şey yoxdur. Potensial olaraq layiqli yerimizdəyik. "Neftçi", "Sabah" bütün komandalardan fərqlənrilər. Dördüncü yer bizim üçün pis nəticə deyil. Hədəf isə üçüncülük uğrunda mübarizə aparmaqdır. Hədəf çox ola bilər, amma gedişatdan çox şey asılıdır. Çox çətin qələbələr qazanırıq. İmkanlarımız çox olur, fərqlənə bilmirik. Qapımızdan isə kobud şəkildə qollar buraxırıq. Görməmişəm ki, pis oynayıb qalib gələk. Hər oyun da yaxşı oynamaq alınmır. Çox hadisələr baş verir oyunlarımızda. Amma səbr etməliyik. İşləmək lazımdır. "Zirə"də qalacam, ya yox, fərqi yoxdur. Burada olduğum vaxtda işimi layiqincə yerinə yetirirəm. Maya qədər vaxtımız var. Onda vəziyyəti təhlil edib qərar qəbul edəcəyik”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

Facebookdan bizi izləməyi unutmayın.
X