"Sabah" Azərbaycan Premyer Liqasının XXIV turunda "Şamaxı"nın qonağıdır.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisini meydana komandanın məşqçisi Vitali Korneyev çıxarıb.
Belə ki, "Sabah"ın baş məşqçisi Murad Musayev ötən tur qırmızı vərəqə aldığı üçün İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
Rusiyalı mütəxəssis matçı tribunadan izləmək məcburiyyətində qalıb.
Qeyd edək ki, hazırda görüşdə ikinci hissə davam edir. Oyunda hesab açılmayıb.
Röya