23:00 26.03.2023 553

“Bu gün çox şey qazandıq” - Qurban Qurbanov

“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qalatasaray"la keçirilən yoldaşlıq oyunundan sonra (1:2) mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, "köhlən atlar"ın çalışdırıcısı jurnalistlərə açıqlamasında aşağıdakı fikirləri səsləndirib:

"Azarkeşlərə təşəkkür etmək istəyirəm. Möhtəşəm atmosfer var idi. Oyundan çox razı qaldım. Məncə, hamı üçün çox baxımlı oyun oldu. Belə oyunlar həm futbola sevgini çoxaldır, həm də təcrübəmizi artırır. Bu gün çox şey qazandıq. Oyunun mahiyyətini hamımız bilirik. Azarkeşlərə də bu cür dəyər verdikləri üçün minnətdaram. “Qalatasaray”a uğurlar arzulayıram. Son zamanlar çox yaxşı işlər görürlər. Hazırda Türkiyə Super Liqasında birinci yerdədirlər.

Evdə bəzən xeyir iş olur, toy olur. Oradan da narazı gedən insanlar olur. Xırda detallara görə incimək bizə düşməz. Klublar üçün hər saat, hər dəqiqə dəyərlidir. Bu, ilk görüş idi. Əsas matçın mahiyyətini düşünək. Biz qardaşlarımızdan küsə bilmərik. Əksinə, onları gülə-gülə yol salırıq.

Bizim heç nəyə ehtiyacımız yoxdur. Bilmirəm, VAR sistemi var idi, yoxsa yox? Deməli, penalti epizodu var idi və baxmadılar. Yoldaşlıq oyunu olsa da, idarəçilik heç də asan keçmədi. Bəzi narazılıqlar oldu. Rəqibin dəyərli, bahalı futbolçuları var. Hakimlər istəməzdi ki, belə oyunlarda səhv etsinlər.

Mən hər bir futbolçumu “Qalatasaray”da görmək istəyərəm. Rəqibin oyunçularının ustalığını meydanda daha yaxşı görə bildim.

“Qalatasaray” rəhbərliyini minnətdaram! İlk dəqiqələrdən hiss olunurdu ki, bu, dostluq matçıdır. Sakit, aqressiv olmayan start gördük. Lakin oynadıqca istək çoxalır. Rəqibin gücünü nəzərə almaq lazımdır. Onlar hər zaman matça sürətli başlayırlar. Standart vəziyyətdən qol buraxdıq. Bizim də belə təcrübəmiz var idi. Oyundan razı qaldım. Çox istərdim ki, bütün futbolçularım burada olsun. Bəlkə, daha baxımlı oyun ola bilərdi. Çox istəyərdim ki, Azərbaycan və Türkiyə çempionatları birlikdə keçirilsin. Qarşıda belə oyunlar daha çox keçirilə bilər. Azərbaycan Premyer Liqası və Türkiyə Super Liqası arasında fərq böyükdür. Belə oyunların sayının çox olmasını istərdim. Mənim ən çox narahat olduğum qardaşların bir-birinə qarşı oynamasıdır. Çünki sonda hər zaman narazılıqlar olur. Türkiyə futboluna uğurlar arzu edirəm. Biz hər zaman birlikdəyik!

Donald Gerye “Zirə”nin futbolçusudur. Hazırda bizim oyunçumuz deyil. Amin Ramazanov özünü yaxşı tərəfdən göstərdi. Oyunçu belə oyunlarda böyüyür. O, sona qədər rahat və inamlı çıxış etdi. Yoldaşlıq oyunu olması da ona kömək etdi. Amindən razı qaldım.

Milli komandada olan oyunçularım heyətdə olsaydı, daha baxımlı matç ola bilərdi. Rəqib də tam heyətlə gəlməmişdi. Nəticə haqda bir söz deyə bilmərəm.

Biz cari mövsümü uğurla bitirməliyik. Öncə avrokubokların qrup mərhələsinə qədər uğur qazanmalıyıq. Daha sonra 1/8 finalı düşünməliyik. Uğurlu nəticələr qazanmaq üçün şanslarımız olub. Futbol elə oyundur ki, əvvəlcədən nəsə deyə bilmərik. Uğur qazanmaq üçün yaxşı komanda formalaşdırmalıyıq. Daima gələcək üçün hazırlıq gedir. Rəhbərlik deyir ki, hansı oyunçunu istəsəniz, gətirəcəyik. Hər şeyə real baxmaq lazımdır. Bəzən elə olub ki, razılaşmışıq, lakin alınmayıb. Elə oyunçular olub ki, başqa ölkələrə gediblər, buraya gəlməyiblər. Bəzi nüanslar bizdən asılı deyil. Şükürlər olsun ki, stabilliyi qoruyub saxlaya bilmişik. Əgər bu gün “Real” UEFA Çempionlar Liqasını udursa, nə üçün hər il bu reallaşmır? Hər bir klub işlər görür, hazırlıq aparır. İstədiyimiz oyunçuları əldə etmək heç də asan deyil. Alınacaqsa, çox gözəl. Alınmayacaqsa, əlimizdə olan futbolçularla daha yaxşı çalışacağıq. Bir şeyi bilin ki, biz bütün işlərə ciddi yanaşırıq. Azərbaycanımız, xalqımız üçün hər şeyin ən yaxşısını etməyə çalışırıq. Biz ürəkdən oynayırıq.

Məncə, rəsmi matçlarda “Qarabağ”ın azarkeşləri Bakıda daha çox olacaq”.

Xatırladaq ki, bilet satışından əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün təsis edilmiş yardım fonduna köçürüləcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
14:57

“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

Facebookdan bizi izləməyi unutmayın.
X