22:08 01.04.2023 536

“Hesab 4:1 ola bilərdi” - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda (1:1) danışıb.

Fanat.Az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Çox hərəkətli oyun oldu. Dinamik matç keçdi. Baxımlı görüş izlədik. Çoxlu qol epizodları oldu. Oyuna daha gözəl qollar yaraşırdı. Qələbəyə köklənmişdik. Son oyunlarımız yaxşı alınırdı. Turnir cədvəlində də dördüncü yer uğrunda fərq azalıb. Bir xal bizim üçün pis nəticə sayılmır.

Ümumən götürsək, “Qarabağ”, “Sabah” və “Neftçi”yə qarşı oyunlarımız pis alınmayıb. “Qarabağ”a qarşı evdəki matçı yaxşı keçirtdik, avtoqolla uduzduq. Oyun planında problem olmur, amma son ötürmələrdə ciddi səhvlər olur. Bu gün keçirilən oyunda hesab 4:1 ola bilərdi, amma alınmadı. İvan Brkiç çox həlledici qurtarışlar etdi. Belə olduğu halda, səbirli olmaq lazımdır. Olanları normal qarşılayıram. Futbolçularımdan razı qaldım. Əksər futbolçular bizimlə oyunlarda uzun müddətdən sonra qollarını vururlar. Hər dəfə özümə söz verirəm ki, danışmayacağam, amma alınmır.

Mən futbolçularımın fiziki durumundan razıyam. Sıxıntımız yoxdur. Milli komandada problem görünmür. “Qarabağ” 90 dəqiqə fiziki cəhətdən bütün Avropanı üstələyir. Bunlar sadəcə, bəhanədir. Rəqiblər milli komandamızı üstələyir. Bəzi məqamlarda ilk hissələrdə biz üstün oluruq. Ümumən fasilədən sonra rəqiblər təzyiqi artırır. Arif Əsədov özü də savadlı adamdır.

Azərbaycan yığması haqda geniş şərh vermək istəmirəm. İndi məqamı deyil. Lakin heyət olaraq son illərin ən optimal heyətidir. İtkilər olduqda problemlər yaşanır. Sadəcə, beynəlxalq arenada onların təcrübələri yoxdur. Oyunların gərginliyi elə bəsdir. Daima üst səviyyədə oynamalısan ki, uğur qazanasan. Mənə görə millinin indiki heyəti ən geniş heyətdir. Bəzən itkilər olur. Bunları nəzərə almaq lazımdır.

Oyundan-oyuna fərq olur. Ən ağır ilk 20-25 dəqiqə olur. Avstriya və İsveçlə oyunlara çox yaxşı başlamışdıq. Mənim bəzi fikirlərim var ki, onlar özümdə qalsa, yaxşıdır. Hər bir futbolçunu hər bir mövqedə oynada bilərsən. Cəlal Hüseynovu sağ cinahda oynatmaram. Yoxlama oyunlarında bir dəfə oynatmışam, lakin çempionat oyunlarında həmin mövqedə oynatmaram”.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
14:57

“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

Facebookdan bizi izləməyi unutmayın.
X