23:41 01.05.2023 606

Ayxan Abbasov: “Zirədə hər kəs xal qazana bilmir”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 32-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün önəmli oyun idi. Kubokda məğlub olandan sonra futbolçuları bu matça kökləmək çətin idi. Kuboka daha çox motivasiya olmuşduq. Qışdan bəri bir az stressdə idik. Final oynamağı çox istəyirdik. Qısa vaxtda futbolçularımız köklənə bildilər. Gərgin oyun oldu. "Zirə"yə qalib gələ bilməmişdik, üç oyunda da məğlub olmuşduq. Bilirdik ki, Zirə səfəri çox çətindir. Burada hər kəs xal qazana bilmir. Maraqlı, dinamik oyun oldu. Penaltilər verildi, ləğv olunanlar oldu. Əsas odur ki, oyundan qopmadıq. Futbolçularımız standart vəziyyətləri yaxşı dəyərləndirdilər. Premyer Liqada qalmaq üçün vacib 3 xal idi. Mövsüm başlayandan 6-cı yerdə gedirik. Bizdən təcrübəli komandalar var ki, bu yeri istəyir. Bizim üçün mövsümü 6-cı yerdə bitirmək xoş olar. Amma rəqiblərimizin də şansı var. Qarşıda çətin oyunlar var. Bu 4 matç bizim gələcəyimiz üçün vacibdir. Komandamı təbrik edirəm, azarkeşlərimizə də təşəkkür edirəm. Rəhbərliyə təşəkkür etmək istəyirəm ki, komandanın bu çətin durumunda futbolçulara dəstək oldular.

Bu futbolçuların üstünə çox gedə də bilmərəm. Onlar klubun büdcəsi bilinməyəndə gəlib oynayıblar. Bu gün heç bir narazılıq etmirlər. Çünki, bu xalları yığan da onlardır. Bəli, bəzi futbolçularla danışıqlarımız olub, razılaşmışıq. Bəziləri gözləmə mövqeyində qalıb. "Qarabağ"da, "Neftçi"də də önəmli futbolçular var ki, hələ gözləyirlər. Bu, o demək deyil ki, o futbolçular qalmaq istəmirlər. Bizim də bəzi oyunçular gözləmək istədilər. Normal qarşıladıq. Amma heç bir futbolçu ilə pul söhbətimiz olmayıb. Bəzi oyunçuların performansı aşağı düşə bilər. Son vaxtlar Natan Oduvanın adı çəkilir. Bu gün gördüz ki, Natan ən yaxşılardan idi. Biz və bizdən aşağıda olan komandalarda bir şey çatmır, o da stabillikdir. Hansısa futbolçu olmayanda onu əvəz etmək çətin olur. Bu gün oyunçularımızdan razıyıq. Elə böyük problem yoxdur. Vaxtımız da var. Kim istəsə, razılaşacağıq. 

Futbol belədir ki, bir matçda zəif oynayanda o müzakirə olunur. Sanki, bir ildir zəif oynayırıq. Bu da normaldır. Uduzanda səni tərifləməyəcəklər. Ümumi götürsək, bizim yaxşı oyunlarımız çox olub. "Qəbələ"dən, "Neftçi"dən xallar almışıq, səfərdə "Sabah"ı məğlub etmişik. İkinci beşlikdə də "Sumqayıt"dan başqa digər rəqiblər qarşısında üstünlüyümüz var. Zəif oyunlarımız da olub. Bunu bilirik. O matçları da yaxşı oynasaydıq, yuxarı pillələrdə olardıq”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

Facebookdan bizi izləməyi unutmayın.
X