11:51 11.05.2023 899

Böyük marağa səbəb olan "Ulu Öndər" Kubokunu Quba komandası qazandı - Qoçaqlıdan FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "Mədinə" Humanitar Yardım Təşkilatı İctimai Birliyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, "Fencing" İdman Klubu və "Difai" Futbol Klubunun təşkilatçılığı ilə "Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması" layihəsi çərçivəsində yaradılmış, həm idarə, həm də komanda heyətlərində Vətən Müharibəsi iştirakçıları və qaziləri yer almış "Difai" komandaları arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu Öndər" Kubokuna yekun vurulub.

Turnirin təşkilində əsas məqsəd gənclərimizin Vətənin qəhrəman övladları ətrafında birləşməsini, onların bir komanda şəklində idman yarışlarında iştirakını təmin etmək, bununla da, yeni nəsilə örnək olmaqla sağlam həyatı təbliğ etməkdir.

Yarışın həvəskarlar arasında keçirilməsini nəzərə alaraq, bir çox komandaların heyəti dəyişir, bura yeni gənclər dəvət edilirdi. Bu da öz növbəsində yarışın əsas ideyasına tam uyğun idi.

Əsas məsələ bu yarışa azarkeş marağının artırılması, bunun da müharibə iştirakçıları və qazilərimizə stimul verməsi idi.

Daha çox şəhər, rayon və kəndlərin stadionlarında oyunların keçirilməsi turnir barədə daha çox insanın məlumatlandırılması deməkdir.

Oyunlar Tovuz, Qax, İsmayıllı şəhərlərində, həmçinin Xaçmaz rayonunun Nərəcan və Qoçaqlı kənd stadionlarında təşkil olundu. Ümumilikdə, oyunlara üç mindən artıq şəxs azarkeşlik etdi.

Xaçmaz rayonunun Qoçaqlı kəndində keçirilən final oyunu da istisna olmadı.

"Difai"də (Quba) əvvəlki oyunlara nisbətdə 50-60 % dəyişiklik olmuşdusa, "Difai"nin (Qax) heyətində 2016-cı il Aprel döyüşlərinin iştirakçısı da daxil, əsasən gənclərə üstünlük verilmişdi.

Minə yaxın azarkeşin izlədiyi final qarşılaşması maraqlı mübarizə şəraitində keçdi. Qubalılar rəqibinə 3:0 hesabıyla qalib gəldi və "Ulu Öndər" Kubokunu başı üzərinə qaldırdı.

Beləcə, "Difai"nin Qax təmsilçisi gümüş medalını əldə etdi. Bürünc mükafatçılar isə İsmayıllı və Tovuz komandaları oldu.

Finaldan sonra onlara medal və diplomlar təqdim edildi. Eləcə də, Quba komandasının rəhbəri, Vətən Müharibəsi qazisi Zöhrab Danyalova klubun şərfi və qiymətli hədiyyələr verildi.

Tədbirdə qeyd olundu ki, Vətən Müharibəsi qaziləri Şahin Səfərov Zaqatala rayonunda, Turqay Məmmədov isə Tovuz rayonunda yeni yaradılmış komandalara yüksək səviyyədə rəhbərlik edir, müharibə iştirakçıları və qaziləri, gəncləri öz ətraflarında birləşdirirlər.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X