12:49 30.05.2023 9619

"Qarabağ"ın daha 3 futbolçusu "Neftçi"yə keçir? - SON DURUM

"Qarabağ"dan ayrılan Filip Ozobiçi azad agent qismində heyətinə qatmağa hazırlaşan "Neftçi" "Qarabağ"ın daha bir neçə futbolçusunun da xidmətində maraqlıdır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar Toral Bayramov, İsmayıl İbrahimli və Qara Qarayevdir.

Peşəkar karyerası yalnız Ağdam təmsilçisi ilə bağlı olan Qaranın bu mövsüm kifayət qədər forma şansı qazanmaması faktdır. "Köhlən atlar"la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq dayaq yarımmüdafiəçisi "ağ-qaralar"ın israrla istədiyi oyunçulardandır. Lakin Qara daha yüksək əməkhaqqı vədinə rəğmən, "köhlən atlar"ı əsas rəqiblərindən birinə dəyişmək barədə düşünmür.

21 yaşlı Elvin Cəfərquliyevlə eyni mövqedə çıxış edən Toral Bayramovun da özündən 1 yaş böyük həmklubundan az oynadığı bəlli həqiqətdir. "Qarabağ"la müqaviləsi olan Toral Ağdam klubunda yüksək məvacib almayan futbolçulardandır. Bayramov "Neftçi"yə qoşulacağı təqdirdə, əsas heyətdə yer və "Qarabağ"dakından çox maaş görəcəyinin fərqindədir. Lakin bölgə təmsilçisi onunla sözləşməyə qarşılıqlı razılıq əsasında xitam vermək niyyətindən uzaqdır. Bu isə o deməkdir ki, "Neftçi" Toralla bağlı planlarını yalnız "Qarabağ" onu satmağa razılaşacağı halda, həyata keçirə bilər.

İsmayıl İbrahimliyə gəlincə, 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin "Zirə"yə icarəyə veriləcəyi daha inandırıcıdır. 

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 May 2024
17:33

MPL: "Kəpəz" - "Sumqayıt" oyununda qol olacaqmı? - YENİLƏNİR

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

16:43

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü

16:22

U-17 "lotoreya"da uduzdu

16:00

"Messi böyük ulduz yox, ulduzcuqdur"

15:20

Lopeteqi Bundesliqa yolunda - Danışıqlar başladı

14:54

De Zerbi karyerasını davam etdirmək istədiyi klubun adını açıqladı

14:28

Postekoğlu "Tottenhem"də köklü dəyişiklik tələb edir

13:55

Ozan Can oynadı, “Eyndhoven”...

13:33

"Sponsor olmadan mübarizə aparmaq çətindir" - "Kəpəz"in İdarə Heyətinin üzvü

13:15

Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

12:57

Avropa Kuboku: Millimiz bürünc mükafat qazandı

12:30

Şahmatçılarımız 125 min dollarlıq yarışda mübarizəyə başlayır

12:06

AÇ-2024-lə bağlı yeni qərar: UEFA Fransanın etirazına baxmadı

11:40

Qvardiola bütün İngiltərənin "ürəyinə su səpdi" - "Məndə belə hiss var ki..."

11:15

"Real" La Liqa çempionluğunu bayram etməyəcək - SƏBƏB

10:52

La Liqada ayın ən yaxşısı bilindi

10:28

Emin Mahmudov "Qarabağ"la matçda oynamayacaq - RƏSMİ

10:09

Avropa Kubokunun püşkü atıldı - Göygöldə

09:50

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

09:00

Messidən "İnter Mayami"yə fantastik qazanc - Klub funksioneri yeni büdcəni açıqladı

01:25

İPL: "Everton" səfərdə büdrədi

00:57

Tur "sülh"lə start götürdü

00:33

"Beşiktaş" son dəqiqə qolu ilə 3 xal qazandı

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

18:45

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

17:41

Azərbaycan Dünya Olimpiya Təsnifat turnirinə 9 güləşçi ilə qatılacaq

17:22

"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

17:05

"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:50

Final oyununun hakimləri bilindi

16:36

Dortmund "Borussiya"sı Roysla bağlı qərarını açıqladı

16:27

Rüstəm Məmmədov "Şamaxı"ya məğlubiyyətin səbəblərini dedi

16:01

Ançelotti "Bayern"ə qarşı hansı qapıçını oynadacaq? - Özü dedi

Facebookdan bizi izləməyi unutmayın.
X