23:00 26.08.2023 628

“Akademiya sponsor hesabına inşa olunur” - Ehtiram Quliyev

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan Premyer Liqasının 4-cü turunun "Səbail"lə oyunundan sonra jurnalistlər üçün mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, o, hazırda Tovuz klubunun hədəflərinin böyük olmadığını bildirib: 

“Bu oyunu təhlil etmək mənə düşməz. Baş məşqçi bu barədə öz sözlərini deyib. İdarə heyətinin sədri olaraq onu demək istəyirəm ki, əskiklərimiz həddindən artıq çoxdur. Baxmayaraq ki, ötən ilin ikinci dövrəsindən başlayaraq sponsorumuz oldu. Bugünkü məğlubiyyətə baxmayaraq, tərəfdarlarımız üzülməsin. Bir açıqlama verəcəm, bilirəm, azarkeşlər həmişə qələbə istəyir, hədəfləri böyükdür. Bizim hazırkı hədəfimiz Premyer Liqada qalmaqdır. Komanda olaraq digər hədəflərə hazır deyilik. Oyunçularımızın performansını ölçən Katapult sistemini biz yeni almışıq. Analitik məşqçimiz yoxdur, fiziki hazırlıq üzrə məşqçimiz yeni gəlib. İşıq məsələsindən xəbərdarsınız".

Klub rəhbəri süni ot örtüyündə oynamağın çətinliyini qeyd edib: "Süni ot örtüyündə oynamaq çox çətindir. Keçənilki nəticələrimizi məndən yaxşı təhlil etmisiniz. Ev oyunlarındakı nəticələrə görə turnir cədvəlində sonuncu yerlərdəyik. Səfər xallarımız daha yüksəkdə idi. Buna əsas səbəb süni ot örtüyüdür. Bu səbəbdən yaxşı oyunçular cəlb etmək olmur. Azarkeşlərimiz bizdən transferlər istəyir. Heyətimizdəki oyunçular keyfiyyətlidir". 

Süni ot örtüyünün dəyilməsinin mümkünlüyü haqda sualı E.Quliyev belə cavablandırıb: "Bununla bağlı həm sponsorlarla, həm AFFA ilə danışıqlar gedir. Köməklik göstərməklə bağlı müraciətimiz var. 50 faizini sponsor, 50 faizini AFFA kömək edə bilər. Bu, çox vacib amildir. Bizim sizinlə görüşümüz oyunun nəticəsinə görə deyil. Bu əvvəlcədən planlaşdırılmışdı. Bəhanələr axtarmağı sevmirik. Amma hadisələrə real baxmaq lazımdır. Akademiya binamız yetərsizdir. Ərzaq məhsullarını yığmaq üçün anbar mövcud deyil. Bunların hamısı maliyyə itkilərinə səbəb olur. Gündəlik ərzaq almaq məcburiyyətindəyik. Ona görə fizioterapiya alətlərindən əskiklərimiz var. Hədəf üçün bu il komandanı iki illik transferlər əsasında qurmuşuq. Gələn il hədəf haqqında müzakirələr aparmaq olar. Mən də bir azarkeş olaraq ən yaxşısını istəyərəm. Amma klub, baş məşqçi qarşısında xüsusi bir məqsəd qoymamışıq. 5 nəfər gənc ali təhsilini yeni başa vurmuş, xarici dil bilən işə cəlb edəcəyik. Xarici dil səviyyəmiz çox aşağıdır. Qonaqlar gələndə çətinlik çəkirik. Günün birində həmin gənclər bu gün komandada aparıcı yer tutan şəxsləri əvəz edəcək. Biz təkcə bu gün haqqında düşünmürük. 10 il sonranı hesablayırıq. Bizim hədəf və planlarımız on illikdir". 

Ehtiram Quliyev "Turan Tovuz"un strateji hədəfləri barədə bunları söyləyib: "Öz oyunçularını yetişdirə bilən, bölgənin gənclərinin hesabına daim liderliyə oynayan, avrokuboklarda öz sözünü deyən bir klubun yaradılması əsas strateji hədəfdir. Məsələnin həlli çox sadədir. Azərbaycan futbolunun ən böyük problemi süni ot örtüyüdür. Köklü dəyişiklik lazımdır. Təbii ot örtüyünə keçirilməlidir. İstedadlı oyunçularımız var. Burada yetişirlər, amma süni ot örtüyünə görə bir yerə qədər oynayırlar, sonra zədələnirlər. Dünya bu təcrübəni keçib, Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur, Xristofor Kolumb oranı bir dəfə kəşf edib. On ildən sonra biz və bizdən sonra gələcək rəhbərliyə klubu bu problemləri həll edib təhvil vermək istəyirik".

O, qazonla bağlı artıq AFFA-ya müraciət olunduğunu vurğulayıb: "AFFA-ya müraciət etmişik, danışıqlar gedir. Uyğun görülsə, bunun üçün böyük vəsaitlər tələb olunur. Köklü dəyişikliklər aparırıq. Çəkiliş meydançası, işıq dirəklərini hamısını daxili vəsait, sponsor hesabına həll edirik. Yeni akademiyanı inşa edirik. Bu da dövlətə hədiyyə olunacaq. Akademiya sponsor hesabına inşa olunur. Eyni zamanda transferlər, bunlar hamısı maliyyə tələb edir. Buna görə də bunların 50 faizinə dəstək olmaq müraciət etmişik".

Quliyev klubların şirkət kimi formalaşmalı olduğunu deyib: "Şirkətlərinin gəlməməsi bəzi məsələlərə mane olur, ticari yanaşa bilmirik. Bizim bu bölgəyə və kluba könül bağımız var. Sadəcə bu yanaşmalarla gəlmişik. Bunun başqa yolu yoxdur. İnkişaf üçün şirkətlər gəlməlidir. Fútbol komandaları QHT olaraq yox, futbol şirkətləri kimi formalaşmalıdır. Burada daxili və xarici investorlar iştirak etməlidir. Klubun QHT-si burada mənfəət əldə etmir".

"Turan Tovuz"un İdarə Heyətinin sədri futbola maliyyə ayıran iş adamlarına dövlət tərəfindən güzəştlərin edilməsi ehtimalına da toxunub: "Dövlət əslində çox ciddi islahat aparır. Bayaq vurğuladığım məsələlər üçün ciddi investisiya yatırılıb. Güzəştlər mövzusunda müzakirələr gedir. Bunlar asan məsələlər deyil. Bildiyimə görə, bu haqda çalışmalar gedir. Güzəştlərin limitinin həcminin artırılması, futbol komandalarının şirkət olaraq formalaşmasında islahatlar aparmaq lazımdır. Bu, bizim üçün böyük avantaj olacaq. Güzəşt məsələsində də ədalətli olmaq lazımdır. Bu, bir qədər həssas mövzudur".

E.Quliyev son 6 ayda keçdikləri yolu belə dəyərləndirib: "Klubu təhvil alanda çoxlu çətinliyimiz var idi. O mərhələdən analitik məşqçini tapana qədər çox yol keçmişik. Problemlərimiz çox idi. Akademiyamız olsa da, "obşijitel" kimidir, mən ora hansı ulduz oyunçunu gətirə bilərəm?! Bir otaqda beş nəfər olaraq kim qalar? Bakıda məskunlaşmamışıq. Bölgəmizi sevən bölgə komandasıyıq. Sadəcə stadionda aparılan tikinti işləri təlimlərə maneə törədirdi".

Klub rəhbəri stadionun adı ilə bağlı da danışıb: "Biz gələn kimi stadiona öz adımızı vermədik. Kluba gələn sponsora bizim verdiyimiz vəsaitin onda biri qədər vəsait verməyi təklif etdik. Çox cüzi güzəştlərlə bir neçə paket hazırladıq. Bir çox klublar bu yolu seçmirlər. Əsas şirkətlə yanaşı, başqa şirkət pul qoyur, amma əsas şirkət deyir ki, niyə mənimlə yanaşı başqa şirkətin adı hallansın? Biz isə bu ənənənin yaranması üçün çalışırıq, istəyirik. Sizə də təşəkkürümü bildirirəm, bu məsələni sosial mediada qaldırdınız. Biz gözləsək də, müraciət edən heç bir şirkət olmadı. Bizim müraciət etdiyimiz bəzi şirkətlər var, danışıqlar gedir. Sahibkar dostlarımız var. Biz istəyirik sadəcə bu təbii alınsın, könüllülük prinsipi ilə olsun. Onun da marağı olsun bu mövzuda. Kim istəməz ki, şirkətin adı stadiona verilsin? Azərbaycan standartlarının altında bir paket təklif etdik. Beş min manatlıq belə paket var idi. Təklif etsək də, alınmadı. Ümid edirəm ki, zamanla dəyişəcək. Hazırda sponsorumuz var, amma sponsorsuz klublarımız da var. Zamanla onların da sponsorla təmin olunması sağlam rəqabətin olması üçün ən böyük diləyimizdir. Eyni zamanda bunun markaya bir qatqısı var. Şirkətlərlə adımızın hallanması, reklam imkanları və s. Elə görüntü yaranmasın ki, sponsor ancaq özünü düşünür. Qapılarımız taybatay açıqdı, gözləyirik. Bu mövzu ətrafında çalışmalarımız gedir”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X