13:18 28.08.2023 864

“Kəpəz” “Qarabağ”ı da büdrətdi, “Neftçi” “tilsimi qırdı” – Tura baxış

Misli Premyer Liqasının IV turundan sonra turnir cədvəlində xeyli maraqlı vəziyyət yarandı. İtkisiz irəliləyən “Zirə” izləyicilərindən bir qədər də uzaqlaşdı. “Sumqayı”ın “Araz Naxçıvan”la oyunda xal itirməsindən, “Qarabağ”ın isə “Kəpəz”lə oyunda büdrəməsindən sonra isə 2-ci yerlə 9-cu sıra arasında xeyli sıxlıq yarandı. Maraqlıdır ki, dörd komandanın aktivində 4 xal var.

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:1
Qollar:
Turan Manafov, 72 - Rövlan Muradov, 63-pen.
Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 23. Nuno Rodriqes.
Baş məşqçi: Azər Bağırov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 16. Tural Axverdiyev, 12. Abu Dosso, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov

“Qəbələ”ni üstələyən, “Qarabağ”a ciddi müqavimət göstərən “Araz Naxçıvan”ın “Sumqayıt”la oyunda necə çıxış edəcəyi maraqla gözlənilirdi. Debütant bu qarşılaşmada da uduzmamaqla yavaş-yavaş işlərini qaydaya saldığını göstərdi. Bir çox bədbin proqnozların əksinə olaraq, Azər Bağırovun komandası elitada heç də aşkar autsayder kimi görünmür.
Baxmayaraq ki, onlar “Sumqayıt”la oyunun gedişində məğlub duruma düşmüşdülər, sonda məğlubiyyətdən qaçmaq mümkün oldu. İlk yarısı qolsuz keçən oyunun ikinci hissəsində tərəflər hərəyə bir dəfə fərqləndilər və elə 1 xalla da kifayətlənməli oldular. Əvvəlcə Rövlan Muradov penalti zərbəsiylə nominal meydan sahiblərini məyus etdi. Bu qoldan cəmi 9 dəqiqə sonra Tural Manafov gözəl zərbə ilə hesabı bərabərləşdirdi. Qalan dəqiqələrdə tərəflər elə də ciddi-cəhdlə irəli atılmadılar, bir xalı özlərinə qənimət bildilər. Bu mənada heç-heçənin oyunun ədalətli nəticəsi olduğunu demək mümkündür.
Keçirdiyi 4 oyunda dörd xal toplayan “Araz Naxçıvan” 8-ci sırada qərarlaşıb. “Sumqayıt” isə 7 xalla “Zirə”nin ən yaxın izləyicisidir.

“Turan Tovuz” – “Səbail” 1:3
Qollar:
Roderik Miller, 84 - Aleksandr Ramalinqom, 5. Yusif Nəbiyev, 62. Ağabala Ramzanov, 90.
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 8. Piruzi Marakvelidze, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 9. Belajdi Pusi, 80. Otto Con, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Səbail”: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 21. Anas Najah
Baş məşqçi: Şahin Diniyev

“Turan Tovuz” uzun fasilədən sonra doğma meydana dönmüşdü. Bu dönüşü qələbə ilə qeyd etmək üçün “Səbail” də münasib rəqib idi. Amma bu ehtimallar özünü doğrultmadı. Ayxan Abbasov və futbolçuları tovuzlu azarkeşləri məğlubiyyətlə üzdü. Özü də qonaqlar “Turan Tovuz”un qapısından üç top keçirdilər. Artıq 5-ci dəqiqədə Ramalinqom tovuzlu müdafiəçilərin səhvini bağışlamadı və oyunda hesab açıldı. Qoldan sonra soyuqqanlı oynayan və “Turan Tovuz”un “əl-ayağını” yaxşı bağlayan “gəmiçilər” fasiləyə üstün yollandılar. İkinci hissədə meydan sahiblərini təzyiqi artırıb, bərabərlik qolunu vurmağa çalışsalar da, fərqlənən tərəf yenə də qonaqlar oldu. Yusif Nəbiyev 62-ci dəqiqədə ona heç də yad olmayan “Turan Tovuz”un qapı torunu silkələdi. 
Qapısından ikinci topu buraxan “Turan Tovuz”u Miller 84-cü dəqiqədə ümidləndirdi. Bərabərlik qolunu vurmaq ümidi ilə irəli atılan tovuzluları yenə də “sapı özündən olan balta” vurdu. Meydana sonradan daxil olan Amil Yunanov Ağabala Ramazanova məhsuldar ötürmə verdi. Təcrübəli Ramazanov üçün fərqlənmək elə də çətin olmadı. Nəticədə “Turan Tovuz” 1:3 hesablı məğlubiyyətlə barışmalı oldu. Dördüncü xalını qazanan “Səbail” üç komandanı qabaqlayır və 7-ci sıranı “özəlləşdirib”. 6 xallı “Turan Tovuz” isə 4-cü sıradadır.

“Zirə” – “Sabah” 1:0
Qol:
Vladislav Kulaç, 2.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
Sabah: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 12. Vensan Till.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 24. Maruan Hadudi, 18. Davit Volkov, 27. Jarl Marqarita.
Məşqçi: Artur Olenin.

“Sabah” “Zirə”də erkən qolla şoka düşdü. Artıq 2-ci dəqiqədə Kulaç gözəl zərbə ilə “Sabah”ın qapı torunu silkələdi. Düşünmək olardı ki, “Sabah” daha böyük qüvvə ilə irəli atılacaq, tezliklə bu topun əvəzinə çıxmaqla oyunun axarını dəyişəcək. Amma Murad Musayevin cəza səbəbindən tribunadan izlədiyi görüşdə “Sabah” qol vurmağı bacarmadı. “Zirə” səliqəylə müdafiə olundu və rəqibin aşkar qol vəziyyəti yaratmasına imkan vermədi. Meydan sahibləri rəqibini əks-hücumda yaxalamaqla, hesabı artıra da bilərdi. Lakin həlledici məqamlarda son nöqtəni qoyan tapılmadı. Belədə Kulaçın vurduğu qol oyunda yeganə oldu.
İtkisiz irəliləyən “Zirə” keçirdiyi 4 oyundan maksimum 12 xal qazanıb. Bu isə o deməkdir ki, qəsəbə təmsilçisi ən yaxın izləyicini 5 xal qabaqlayır. Bir oyunu ehtiyatda olan “Sabah”ın isə 4 xalı var. Masazırlılar 6-cı pillə ilə kifayətlənməli olublar.

“Neftçi” – “Qəbələ” 2:0
Qollar:
Rəhman Hacıyev, 45+3. Yuri Matias, 79.
Qırmızı vərəqə: Rza Cəfərov, 70.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 25. Aaron Olanare, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 3. Zurab Oçiqava, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.

“Neftçi” bu tur qələbə həsrətinə son qoymağı bacardı. Rəqibin qələbə üzünə həsrət qalan “Qəbələ” olması da işləri bir qədər asanlaşdırırdı. Düzdür, ilk yarı meydan sahibləri üçün heç də asan keçmədi. Hər kəs komandaların fasiləyə qolsuz heç-heçə ilə yollanacağını düşünərkən, Rəhman Hacıyev fərdi ustalığını göstərdi və hesabı açdı. İnsafən, bu qol oyunun da məntiqi axarına uyğun idi. “Ağ-qaralar” 45 dəqiqə ərzində böyük ərazi üstünlüyünə yiyələnmiş, qələbə qazanmaq üçün böyük təzyiq göstərmək gücündə olduğunu ortaya qoymuşdu. Amma bitirici hücumçunun olmaması özünü göstərirdi.
İkinci hissədə də oxşar ssenarini izləyən azarkeşlər 70-ci dəqiqədə maraqlı hadisəyə şahid oldular. Gənc qapıçı Rza Cəfərov “Qəbələ”nin nadir hücumlarının birində cərimə meydançasının kənarında topa əllə toxundu. VAR-a baxan referi Rəşad Əhmədov qapıçını meydandan qovdu. Azlıqda qalan “Neftçi” nəinki hesabı qorumağı bacardı, 79-cu dəqiqədə Matiasın qoluyla “Qəbələ”ni daha bir dəfə məyus etdi. 2:0 hesabı elə yekunda da tabloda əks olundu.
İlk qələbəsini qazanan “Neftçi” 5 xalla beşinci sırada qərarlaşıb. Xala həsrət “Qəbələ” 10-cudur.

“Qarabağ” – “Kəpəz” 1:1
Qollar:
Olavio Juninyo, 9 - Cavad Kərimov, 86.
Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 1. Vladislav Vasilyuçek, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 91. Latir Fall, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 4. Vüsal Məsimov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 2. Nicat Verdiyev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Məmmədov.

“Qarabağ”ın bu tur büdrəyəcəyinə ən sadiq “Kəpəz” azarkeşi belə çətinliklə inanardı. Amma gəncəlilər sensasiyaya imza atmağı bacardı. Düzdür, bu sensasiyanın “Qarabağ”ın etinasızlığının, yoxsa “Kəpəz”in əzmkarlığının nəticəsi olduğunu demək çətindir. Artıq 9-cu dəqiqədə Juninyonun qoluyla hesabın açıldığı oyunda “köhlən atlar” zamanından daha tez arxayınlaşdı. 1:0 hesabının sürüşkən olması isə bir daha öz təsdiqini tapdı. Cavad Kərimova 86-cı dəqiqədə Maksim Medvedev məğlub ola bilmədi. Belədə gənc futbolçu Lunyovun “Qarabağ”dakı siftəsini korladı. 
“Qarabağ” qələbə qazanmaqla bu tur xal itirən “Sumqayıt”ı üstələyəcək, liderin izləyicisinə çevriləcəkdi. Amma xal itkisi buna imkan vermədi. 7 xallı “Qarabağ” “Sumqayıt”dan daha az top vurduğu üçün 3-cü yerlə kifayətlənib. 4 xallı “Kəpəz” isə 9-cu sıradadır.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

Facebookdan bizi izləməyi unutmayın.
X