10:03 19.09.2023 675

"Çempionatın bombardirinin "Səbail"li olmasına fokuslanmaq düzgün deyil" - "Araz-Naxçıvan"ın qapıçısı

“Neftçi” üzərində qazanılan qələbə sayəsində aktivindəki xalların sayını 10-a çatdıran və turnir cədvəlində 5-ci pilləyə yüksələn “Araz-Naxçıvan” 2 günlük istirahətin ardından bu gün məşqlərini bərpa edir. 

Fanat.Az xəbər verir ki, “ağ-qırmızılar”ın qapıçısı Avram Kristian klubun saytına müsahibəsində həm son matçla, həm də növbəti görüşlə bağlı danışıb.

- Başlayaq “Neftçi” ilə oyundan. Əksəriyyət “Araz-Naxçıvan”ın qələbəsini sürpriz hesab edir...
- Elə deməzdim. Bilirəm, “Neftçi” iddialıdır, çempionluq uğrunda mübarizə aparır, heyətində çoxsaylı futbolçu var. Biz də rəqibin kimliyindən asılı olaraq bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Baş məşqçimiz bunu tələb edir. Hansısa oyuna çıxanda deməyib ki, heç-heçə məni qane edir. Çox ambisiyalıdır. “Neftçi” ilə matça da yaxşı hazırlaşmışdıq. Bəhrəsini də gördük. Mübarizə apardıq, məşqçi heyətinin tapşırıqlarını yerinə yetirdik, buna görə də 3 xal qazandıq.

- Muhammed Kadiri qırmızı vərəqə alan zaman nə düşündün?
- Kadiri oyun epizodu zamanı ikinci sarı-qırmızı vərəqə aldı. Komandaya çox kömək etdi. O, meydandan çıxdıqdan sonra panikaya düşmədik, əksinə, konsentrasiyamızı artırdıq, daha diqqətli olduq.

- Növbəti oyunda “Səbail”lə qarşılaşacağıq. Onların da 3 oyunluq qələbə seriyası var. Bu rəqib haqda nə düşünürsən?
- İki günlük istirahətdən sonra məşqlərimizi bərpa etdik. Lazım olan informasiyanı baş məşqçimiz verəcək. Diqqətli olmalı, yaxşı hazırlaşmalıyıq. Yenə deyirəm, rəqibin kimliyindən asılı olmayaraq, bizdən qələbə tələb olunur.

- Çempionatın hazırkı bombardirinin “Səbail”də çıxış etməsi xüsusi diqqət tələb edirmi?
- Futbol kollektiv oyundur. Konkret hansısa futbolçuya diqqət yetirmək, ancaq onu zərərsizləşdirməyə fokuslanmaq düzgün deyil. Komanda olaraq meydanda məqsədimizə nail olmaq üçün hər şeyi edəcəyik. Məşqçilərin verəcəyi informasiya da vacibdir.

- Oyunun süni örtüklü meydanda keçirilməsi səni narahat etmir?
- Biz peşəkar futbolçularıq. Əlbəttə, daha yaxşı olardı ki, bütün oyunlar təbii örtüklü meydanlarda keçirilsin. Amma bu gün şərait budursa, razılaşmaq lazımdır.

- Premyer Liqa haqda nə düşünrsən?
- Oyunlar da, nəticələr də maraqlıdır. Əksər komandalar yüksək yerlərə iddialıdır. Hər kəs mübarizə aparır. Zəif rəqib yoxdur. Əlbəttə, bu Azərbaycan futbolu üçün vacib amildir.

- Hazırda komandamız 5-ci pillədə məskunlaşıb. Yuxarı yerlərə qalxmaq mümkün olacaqmı?
- Çempionat yeni başlayıb. Heç birinci dövrə başa çatmayıb. Qış fasiləsində çox dəyişikliklər ola bilər. İndidən kimsə deyə bilməz ki, mövsümü filan pillədə başa vuracam. Onu mayda biləcəyik. Ancaq hazırkı mövqeyimizi yaxşılaşdırmaq imkanımız var. Təsəvvür edin 4 komandanın aktivində eyni sayda xal var.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

Facebookdan bizi izləməyi unutmayın.
X