22:22 23.09.2023 1995

MPL: “Zirə” “Neftçi”ylə, “Sumqayıt” “Turan Tovuz”la “sülh” bağladı

Bu gün futbol üzrə Misli Premyer Liqasında 7-ci turun oyunları start götürüb. 

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk günündə 2 oyun keçirilib.

Açılış oyunu Sumqayıtda baş tutub. "Gənclik şəhəri" təmsilçisi "Kapital Bank Arena"da "Turan Tovuz"u qəbul edib. Çempionata inamlı başlayan, ancaq son iki turda eyni hesablı (0:1) məğlubiyyətlərə üzülən "Sumqayıt" gedişatı dəyişmək üçün rəqibini əliboş yola salmaq əzmindəydi. Bu mövsüm qazandığı bütün (3) qələbələri rəqib meydanlarında bayram edən "qərb təmsilçisi" də bu uğurlu seriyanı davam etdirməyə çalışıb. Amma tərəflər yekunda qolsuz heç-heçəyə razılaşıblar.

Günün digər qarşılaşması isə turun mərkəzi görüşü olub. Belə ki, çempionata əla başlayan və 6 turdan sonra zirvədə qərarlaşan "Zirə" paytaxt derbisində "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib. İlk dövrə ərzində "Qarabağ" və "Sabah" kimi çempionluğa əsas namizədləri məğlub etməyi bacaran Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "ağ-qaralar"ı da yenə bilsə, bu, "qartallar" üçün önəmli üstünlük olacaqdı. Hələki qeyri-sabit nəticələri ilə diqqət çəkən "Neftçi" də ilk "üçlük"dən uzaq düşməmək üçün səfərdən qalib dönməyə çalışıb. Amma yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Qeyd edək ki, "Sabah" - "Kəpəz" və "Səbail" - "Araz-Naxçıvan" görüşləri sabah, "Qəbələ - "Qarabağ" bağlanış matçı isə bazar ertəsi baş tutacaq.    

Misli Premyer Liqası
VII tur
23 sentyabr 

“Sumqayıt” – “Turan Tovuz” 0:0
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı
VAR: Tural Qurbanov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Aliev, 9. Erik Sorqa
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 12. Abu Dosso, 18. Kristian Velinovski, 71. Masaki Murata, 60. Tresor Mossi
Məşqçi: Mübariz Orucov

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 60. Səbayıl Bağırov, 8. Piruzi Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
 

“Zirə” – “Neftçi” 1:1
Qollar: Qismət Alıyev, 44-pen - Yuri Matias, 22.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə OİK stadionu

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila.
Baş məşqçi: Rəşad Sadıqov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X