22:46 23.12.2023 822

“Sumqayıt” da Antalyaya getməsə, təəccüblənməyin” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 18-ci turunda "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mübarizə çox oldu. Futbolçuların qərar vermək üçün vaxtı yox idi. Xoş odu ki, qalib gəldik. Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə gedirik. Oyunçulara və azarkeşlərə təşəkkür edirəm.

Şahin Diniyev mənim millidə məşqçim olub. İnsan və məşqçi kimi hörmətim olan adamdır. Biz cavanların arasında nəsə ola bilər. Dediklərimizi qəbul etmərik. Amma Şahin Diniyev hamı ilə dil tapan insandır. Bu cür insanlardan öyrənməliyik. Komplimentdirsə, çox sağolsun. Deyilsə də, sağolsun.

Futbolçuları inandırırdıq ki, bu yerlərdə ola bilərik. Çox yaxşı haldır. Təəssüf ki, problemlərlə gedəcəyik toplanışa. Kazimir Ninqadan savayı, Vüqar Mustafayev də əməliyyata yollanacaq. O da iki ay olmayacaq.

Bizim kimi komandalarda tələblər mövsümün ortasında qoyulmur. İlin əvvəlində plan cızılır və ilin sonuna kimi də gedir. "Lerik"lə matçda futbolçumuz zədələndi. Mövsümdə də 6-7 legioner götürüb onlarla hərəkət edəcəyini ehtimal edirsən. Bu cür zədələr planların pozulması deməkdir. Rəhbərliklə danışacağıq. Biz hələ uğur qazanmamışıq. Mayın axırında 8-9-cu yerdə olacaqsansa, dediklərim yaddan çıxacaq. Gördüyüm iş ona təkandır.

Burada kiməsə məsləhət vermək istəmirəm. Öyrətmək haqqım da yoxdur. Ancaq çoxu ilə rzı deyiləm. Kimlərsə, hansısa oyunları, komandaları analiz edirsə, bunu daha dərindən etməlidir. Oyunun içində çox yaxşı işlər görürük. İnsanlara nəyisə çatdırmaq üçün özləri də savadlanmalıdır. Bilirəm ki, bundan sonra da tənqidlər olacaq. Ki, mənə savadsız deyirsən, filan kimi. Amma şəsxi fikrimdir. Komandamı analiz edilirsə, meydanda baş verən proseslər analiz edilsin. Motivasiyam şəhərimdir, azarkeşlərimdir. Evə kimi hamı futboldan danışır. Futbolçularıma çatdırıram ki, siz evə gedirsiz, mən nələrlə üzləşirəm. Bəzən çox haqsızlıqla üzləşmişik. Amma bu, yolumuzdan dönməyə imkan verməyib. Mayda 8-9-cu olsam, birinci siz yazacaqsız ki, dekabrda belə danışırdım. Sakitəm, danışmıram, mayda danışaram.

Sabah "Neftçi" – "Kəpəz" matçına baxmayacağam. Çünki sabah istirahət gündür, dincələcəyəm. İşlərim var. Çox güman ki, baxmayacağam. Amma həmin ərəfədə televizorda futbol olsa, baxaram. Bilmirəm, niyə həmişə mənim komandam qalır kənarda, mənə "Neftçi"dən suallar verilir? Mən də cavab verməli oluram. Dilimi saxlaya bilmirəm. Buradan çıxıram "Neftçi"dən zənglər gəlir ki, yenə nə oldu? Xahiş edirəm, mənə "Neftçi" ilə bağlı suallar verməyin. Mənim öz komandam var. Bu gün "Neftçi" də bizi keçsə, digəri də keçsə, dünya dağılmır. Hər şey çempionat bitəndə sayılır. Bu gün qalib gəlməyə çox köklənmişdik. Bundan da qorxurdum. Bəzən üstünlük "Səbail"ə keçəndə, öz-özümə deyirdim ki, nəyisə düz etmədik.

Biz əvvəlcədən planları qurmuşduq. Noyabrdan. Deyəsən, "Qəbələ" də Antalyaya getməyəcək. Turdan-tura eşidirsən ki, hansısa komanda getmir. Qətiyyətlə gedəcəyimizi demirəm. Şəraitimiz də o qədər pis deyil. Meydançalar da var. Şəiraitimiz əladır. Bəlkə getmək fikrindən daşındıq. Orada qurduğumuz planlar da bəzən alınmır. Məsələn, 8-də oyun danışmışıq, zəng edirlər ki, həmin komanda gəlmir. Gərək başqa klubla danışaq. Sabah eşitsəz ki, "Sumqayıt" da getmir, təəccüblənməyin”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
22:03

Füzuli Məmmədov "Şahdağ Qusar"da - RƏSMİ

21:49

Azərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək

21:18

Küveyt millisi Çövkən üzrə Dünya Çempionatında ilk qələbəsini qazanıb

20:48

"Real Madrid"in "toxunulmaz"ı komandanı tərk edəcək?

20:04

İngiltərə nəhəngi Tonali üçün 80 milyonu gözdən çıxardı

19:53

PSJ-dən "Real Madrid"ə sərt cavab

19:14

Maquayr MY-dən ayrılır?

18:41

Tatyana AÇ-də iştirak edəcək

18:10

"Şəfa"nın yeni mövsüm üçün hazırlıq planı bilindi

17:50

Skott İngiltərə nəhənginə keçmək üzrədir

17:33

Azərbaycanın kişi tennisçilərdən ibarət yığması "Davis Cup"da mübarizə aparacaq

17:12

"Şamaxı" heyətinə yeni futbolçu cəlb etdi

16:53

Robin van Persinin yerinə iki əsas namizəd var

16:35

Azərbaycan gimnastları "AGF Trophy" və dünya kubokunda 3 "qızıl" qazandılar

16:18

"Kəpəz"dən ayrılacaq oyunçulardan biri dəqiqləşdi

16:00

FİFA prezidenti meydanda huşunu itirən milli üzvündən danışdı

15:42

Azarkeşləri Roma klubuna qarşı boykota başladı

15:24

"Real Madrid" iki yeni futbolçu ilə müqavilə bağladı

15:05

Kilian Mbappe DÇ-2026-nın bombardirinin kim olacağını dedi

14:47

Türkiyə nəhəngi İspaniyadan bombardir gətirir - Danışıqlar başladı

14:28

"Şəfa"nın kapitanının aqibətinə bu gün aydınlıq gələcək

14:10

Nesta "Milan"ın ÇL-dən kənarda qalmasının günahkarlarını açıqladı

13:51

Kukurelya rəhbərlikdən satışa çıxarılmasını xahiş etdi

13:32

AMADA Müşahidə Şurasının iclası keçirildi

13:14

"Sabah"ın sabiq baş məşqçisi klubsuz qaldı

12:54

Azərbaycanlı stolüstü tennisçi beynəlxalq turnirdə 3-cü oldu

12:28

Bakı klubunda istefalar: Üç rəsmi şəxs postundan ayrıldı

12:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:50

"Şəfa" ilk transferini reallaşdırdı

11:31

Ronald Arauxo Uruqvay millisinin düşərgəsini tərk edərək Barselonaya qayıtdı

11:10

İtaliya Krit adasından qalib döndü, Xorvatiyadan minimal üstünlük - Oyunlar

10:49

Van Persi postundan qovuldu

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Aziz Yıldırım 8 il sonra "Fənərbağça"ya döndü

09:30

"Real Madrid"də prezident seçkisinin nəticəsi rəsmən açıqlandı - SON DURUM

09:00

Sergey Yuran bir həftə əvvəl baş məşqçi təyin olunduğu klubdan ayrıldı

02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

Facebookdan bizi izləməyi unutmayın.
X