
Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa”nın yay hazırlıq planı müəyyənləşib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyulun 2-də Bakıda toplanacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək.
İyulun 20-də isə “Şəfa” Qəbələyə yollanacaq. Toplanışın ikinci mərhələsi avqustun 9-dək Qəbələdə davam edəcək.
Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək.