Misli Premyer Liqasının 25-ci turunda "Turan Tovuz"u qəbul edən "Zirə" hesabda geri düşəndən sonra azlıqda qalsa da (43-cü dəqiqədə İssa Cibrila qovulub), yekunda 1:1 hesablı bərabərliyə nail olub.
"Qartallar"ın qapıçısı Tiaqo Silva oyunla bağlı fikirlərini Fanat.Az-a bölüşüb:
"Ağır oyun idi. Azlıqda qalandan sonra işimiz çətinləşdi. Cibrila "qırmızı" alanda hesabda geridəydik. Qalan vaxtda uzun ötürmələrlə hücumlar qurmağa çalışdıq. Nəhayət ki, penalti şansımızdan yararlanaraq 1 xal qazandıq. "Sumqayıt" bu tur uduzduğu üçün onlara çatdıq".
Qolkiper öz çıxışını da dəyərləndirib və növbəti turda üz-üzə gələcəkləri "Qarabağ"la matçdan nə gözlədiyini deyib: "Fikrimcə, yaxşı oynadım. Amma əsas olan komandamızın qazandığı nəticədir. Növbəti turda qarşılaşacağımız "Qarabağ"la görüşdən 3 xalla ayrılmaq istəyirik. Əlbəttə, onların nəyə qadir olduğunu hamımız bilirik. Ümid edirəm ki, "Qarabağ"la matçda qol buraxmaram və "Zirə" qalib gələr".
Nahid Ustaclı