Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zirə” – “Turan Tovuz” oyununun 43-cü dəqiqəsində “Zirə” klubunun 70 nömrəli futbolçusu İssa Cibrila rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zirə” klubu 800 manat cərimə edilir.
“Qəbələ” – “Səbail” oyununun 40-cı dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilir.
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” klubu 700 manat cərimə edilir.
“Neftçi” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir.
“Neftçi” – “Qarabağ” oyununun 63-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir.
“Neftçi” – “Qarabağ” oyunundan əvvəl “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilir.