10:02 11.03.2024 443

“Qəbələ” qələbəyə həsrət qalıb – Tura baxış

Misli Premyer Liqasının XXVI turu da “Qəbələ” azarkeşlərinin üzünü güldürmədi. Bu tur “Kəpəz” “Neftçi” ilə oyundan 1 xalla ayrıldı, “Qəbələ” isə Masazırda xalsız qaldı. Artıq bu iki komanda arasından xal fərqi 12-ə yüksəlib. Turnir cədvəlinin ortalarında isə xeyli sıxlıqdır.

“Səbail” – “Sumqayıt” 0:1
Qol:
Kazimir Ninqa, 11.
“Səbail”: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 7. Madi Keta, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 23. Cordan Rezabala.
Baş məşqçi: Samir Abasov.

“ASCO Arena”da keçirilən qarşılaşma ikinci yerin taleyi baxımından əhəmiyyətli idi. “Dənizçilər” qələbə qazanacaqları halda 2-ci pilləni heç kimə güzəştə getməyəcəkdilər. Qəbələdə əzmkar qələbə qazanaraq özü haqqında müsbət fikirlər oyadan “Səbail” doğma meydanda “Sumqayıt”a uduzdu. Bu da komandanın göstərdiyi qeyri-sabit oyunun daha bir göstəricisi oldu. Düzdür, meydan sahibləri ikinci hissədə üstün görünürdü. Amma Ninqanın 11-ci dəqiqədə vurduğu qola cavab vermək mümkün olmadı. Pedro Nuno penaltidən hesabı bərabərləşdirmək cəhdini isə bərbad şəkildə boşa verdi. Diniyevin komandanın ən məhsuldar hücumçusu Ramalinqomu əvəzləməsi də görüşün daha bir qəribəliklərindən idi. Belə ki, həmin an “Səbail” penalti vurmaq imkanı qazanmışdı.
Məğlubiyyətdən qaça bilməyən “Səbail” ikinci pilləni “Sumqayıt”a təhvil verməli oldu. “Gənclik şəhəri” təmsilçisinin aktivində 39 xal var. “Dənizçilər” isə 26 tur ərzində 37 xal toplamağı bacarıblar.

“Kəpəz” – “Neftçi” 3:3 
Qollar:
Martins Junior, 6, 62. Elçin Əlicanov, 47 - Filip Ozobiç, 32, 57, 77-pen.
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal, 25. Georgi Papunaşvili
Baş məşqçi: Adil Şükürov
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 9. Andre Şinyaşiki, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç

“Neftçi” üçün Tovuza növbəti səfər uğursuz alındı. “Ağ-qaralar” iki tur bundan əvvəl Tovuzda “Turan Tovuz”la qarşılaşmış, qarşılıqlı qolların vurulduğu oyunda tərəflər hərəyə bir xalla kifayətlənmişdi. Stadionsuz qalan “Kəpəz” də “Neftçi”ni süni örtüklü Tovuz stadionunda qəbul etdi. Görüşdən sonra “Neftçi”nin baş məşqçisi Bojoviç Turana səfər etmələrindən gileylənsə də, bunun bəhanə olduğu hər kəsə bəllidi. Çünki nəticəni nə meydança, nə də səfər yorğunluğu müəyyənləşdirmədi. “Neftçi”nin büdrədən Martins Juniorun vurduğu gözəl qollar oldu. Qarşı tərəfdə “xilaskar” rolunu isi Ozobiç üzərinə götürmüşdü. Xorvatiyalı futbolçu üç dəfə “Neftçi”ni məğlubiyyətdən xilas edən qola imza atsa da, bundan artığına onun da gücü çatmadı. Belədə “Neftçi” Tovuzdan qələbəsiz dönməli oldu.
Girişdə qeyd etdiyimiz kimi, “Kəpəz” bu vacib xal sayəsində 9-cu pillədə bir qədər də möhkəmləndi. Gəncə təmsilçisi, xüsusiylə də Adil Şükürovun gəlişindən sonra əla oyun sərgiləyir. “Sarı-göylər”in aktivində artıq 27 xal var. 37 xallı “Neftçi” isə “Sabah” və “Səbail”lə birlikdə mükafatçıları təqib edir.

“Sabah” – “Qəbələ” 2:1
Qollar:
Davit Volkov, 19; 41 - Əyyub Allaş, 45+3.
“Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 19. Emmanuel Apeh, 27. Jarl Marqarita
Baş məşqçi: Krunoslav Renduliç
“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk
Baş məşqçi: Kaxaber Tsxadadze

“Qəbələ”nin dərdinə gürcüstanlı çalışdırıcı Kaxaber Tsxadadze də əlac edə bilmir. Gürcü mütəxəssis “Qəbələ”ni üç dəfə meydana çıxarıb. “Qırmızı-qaralar” hər üç görüşdə yaxşı təsir bağışlasalar da, bu yaxşı oyun məğlubiyyətdən qaçmaq üçün yetərli olmayıb. Əvəzində “Sabah”ın yeni baş məşqçisi Krunoslav Renduliç artıq ilk görüşdəcə qələbəyə sevindi. Son saniyələrədə “Sabah”ın cərimə meydançasında qarışıqlıq yaşandı və qonaqlar penalti gözlədilər. Amma baş hakim İnqilab Məmmədov VAR-dan gələn siqnaldan sonra penalti olmadığını bildirdi. Hər halda topun “Sabah”ın futbolçusunun əlinə dəyməsi ilə bağlı şübhələr var idi. Ümumilikdə üç qolun vurulduğu qarşılaşma azarkeşlər üçün xeyli maraqlı alındı. İlk hissədə qapılara vurulan qolların davamı ikinci hissədə gəlməyincə yekun hesab da 2:1 oldu.
Qələbə sayəsində xalını 37-ə çatdıran “Sabah” azı üçüncü yeri tutmaq üçün şansını xeyli artırmış oldu. 15 xallı “Qəbələ” isə turnir cədvəlinin zirzəmisinə lövbər salıb, ordan qurtulmaq isə heç də asan görünmür.

“Turan Tovuz” – “Araz-Naxçıvan” 2:0 
Qollar:
Aleks Souza, 78, 80.
“Turan Tovuz”: 13. Aydın Bayramov, 14. Slavik Alxasov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 21. Aleks Souza.
Baş məşqçi: Ayxan Abbasov.
“Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike.
Baş məşqçi: Azər Bağırov.

Son turlar heç də uğurlu çıxış etməyən “Araz Naxçıvan” qələbə həsrətinə Tovuzda son vermək arzusundaydı. Hər halda “Turan Tovuz” da çempionatın qeyri-sabit çıxış edən komandaları sırasındadır. Üstəlik, Ayxan Abbasovun çalışdırdığı komanda doğma meydandakı süni örtük üzərində daha çox çətinlik çəkir. Elə ilk dəqiqələrdən izlədiyimiz görüntü də ondan xəbər verirdi ki, tərəflər bu görüşdə uduzmamağa razıdırlar, bir xal hər ikisi üçün böyük qənimət sayılacaq. Elə buna görə də fasiləyə qədər qapılara qolun vurulmamasına təəccüblənmədik. Hər şey ikinci hissədə, özü də iki dəqiqə ərzində dəyişdi. Aleks Souza, 78, 80-ci dəqiqələrdə fərdi ustalığını nümayiş etdirərək “dubl” müəllifi oldu. Hesabdakı üstünlüyü sona qədər qorumağı bacaran meydan sahibləri sonda 3 xalı bayram etdi.
35 xallı “Turan Tovuz” artıq 6-cı pillədəki “Zirə” ilə fərqi minimuma endirib. “Araz Naxçıvan” isə uğursuz seriya nəticəsində 31 xalla 8-ci pillədədir.

“Qarabağ”– “Zirə” 3:1
Qollar:
Nəriman Axundzadə, 43. Riçard Almeyda, 77-pen. Adama Diakabi, 81 - Sezar Meza Kolli, 79.
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 6. Julio Romao
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 7. Yassin Benzia, 19. Redon Cica, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 99. Nazim Həsənzadə, 55. Ramin Abdullayev, 24. Sezar Meza Kolli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

“Qarabağ” tamamilə ehtiyat qüvvədən qurulmuş heyətlə də “Zirə”yə heç bir şans vermədi. Bir həqiqət öz təsdiqini tapdı ki, “Qarabağ”ın ikinci heyəti də Premyer Liqa səviyyəsindən üstnüdür. 43-cü dəqiqədə gənc Nəriman Axundzadə qolçuluq bacarığını nümayiş etdirib, “Qarabağ”ın fasiləyə üstün yollanmasını təmin etdi. İkinci hissədə isə 4 dəqiqə ərzində qapılara üç qol vuruldu. Almeyda penaltidən fərqi artırdı. Meza Kolli bundan iki dəqiqə sonra fərqi azaltsa da, “Zirə”nin ümidlərini Diakabi 81-ci dəqiqədə dəfn etdi.
3:1 hesablı qələbəyə sevinən “Qarabağ” artıq xalını 63-ə çatdırıb. Qurban Qurbanovun çalışdırdığı komanda ən yaxın izləyicisi “Sumqayıt”ı 24 xal qabaqlayır. 6-cı sıradakı “Zirə”nin isə 36 xalı var.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

21:00

"Barselona" iki futbolçunu hədəfə alıb - ADLAR

20:20

Buffon bu matçın təkrar keçirilməsini istəyir: "Hər şey başqa cür ola bilərdi"

19:57

"Difai Ağsu" "Mingəçevir"i meydana çıxdığına peşman etdi

18:45

Osimhen bu iki klubdan birinə keçəcək - SON DURUM

18:10

AFFA-nın vitse-prezidenti AÇ-2024-ə təyinat aldı

17:50

"Arsenal" ulduzunu bu qiymətə satmağa qərar verdi

17:33

"Heç-heçə ideal nəticədir" - Rodriqo

17:14

De Boskenin yeni iş yeri bəlli oldu

16:55

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastların adları bilindi

16:26

Verner və Devis üçün mövsüm bitdi

16:07

"Onu gətirə bilsək, əla seçim olacaq" - "Bayern"in prezidenti namizəd məşqçinin adını açıqladı

15:50

"Biz uğura daha çox acıq" - Emre Can

15:29

"Kardioloq hər an daha oynamayacağımı deyə bilər" - Kapitan qızından da danışdı

15:10

AÇ-2024: Belçika millisi Kurtua ilə bağlı yekun qərarını açıqladı

14:42

"Atalanta" Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə...

14:25

"Bütün rəqiblər Mbappeni "bağlamaq" istəyirlər, amma..." - "Borussiya"nın baş məşqçisi

14:07

Jorjinyonun aqibətinin necə olacağı bilindi

13:50

"Prezident Kuboku" beynəlxalq reqatası Füzulidə keçirilə bilər

13:32

"Evdəki oyundan sonra finala yüksələcəyimizə əminik" - Toni Kroos

13:14

"Biz "Real"dan daha yaxşı oynadıq" - Yozua Kimmix

12:55

İspaniya bütün turnirlərdən kənarlaşdırılır - Bu tarixə qədər möhlət verildi 

12:37

Krivotsyuk oynadı, komandası...

12:20

"Bayern Münhen" - "Real Madrid" matçında 4 qol - VİDEO

12:03

"Real" buna görə bizi cəzalandıra bilər" - Harri Keyn

11:44

"Prezident Kuboku 2024"-ün açılış mərasimi keçirildi

11:12

"İçimdə belə bir hiss var ki..." - Karlo Ançelotti

10:54

"Səbail" "Sabah"a məğlubiyyətin üzüntüsünü "Çıraq Palas"da atdı

10:36

"O, mütləq "Santyaqo Bernabeu"da "Real"a qol vuracaq - Tuxel proqnoz verdi

10:18

Qriliş "Mançester Siti"dən gedəcək, İngiltərədən yox

10:00

"Bir qədər üzücüdür, amma..." - Musiala "Real"la oyundan danışdı

09:42

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:21

"Bayern" - "Real" matçının ən yaxşı oyunçusu müəyyənləşdi

00:57

ÇL: "Bayern" - "Real" oyununda məhsuldar heç-heçə

30 Aprel 2024
23:14

İki Azərbaycan idmançısı Paris - 2024-ə vəsiqə qazandı

21:20

"Ten Haq Ronaldu ilə münaqişədən sonra hörmətini itirdi"

20:00

"Mabppe ilə finalda qarşılaşsaq, onu qazona yaxacam" - Antonio Rüdiger

Facebookdan bizi izləməyi unutmayın.
X