Misli Premyer Liqasında XXVIII turun oyun cədvəli məlum olub.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, stadionunda əsaslı təmir və yenidənqurma işləri aparılan “Kəpəz”in müraciəti, “Qarabağ” klubunun razılığı ilə Gəncə təmsilçisi 28-ci turdakı ev oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
XXVIII tur
29 mart
“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 16:30
“Kəpəz” – “Qarabağ”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
30 mart
“Səbail” – “Turan Tovuz”
“ASCO Arena”, 16:30
“Sabah” – “Zirə”
“Bank Respublika Arena”, 19:00
31 mart
“Sumqayıt” – “Araz-Naxçıvan”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00