Misli Premyer Liqasının 27-ci turunda "Kəpəz" səfərdə "Zirə" ilə qarşılaşacaq. "Sarı-göylər" "qartallar"la görüşə itki ilə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev deyib:
"Hazırda komandada zədəli futbolçu yoxdur. Elçin Əlicanov isə sarı vərəqə limitinə görə oynamayacaq".
Qeyd edək ki, şənbə günü reallaşacaq "Zirə "- "Kəpəz" qarşılaşması 16:00-da start götürəcək.
Nahid Ustaclı