Misli Premyer Liqasının 27-cı turunda "Zirə" "Kəpəz"i qəbul edəcək. Qəsəbə təmsilçisi görüşə ciddi itkilərlə çıxacaq. Belə ki, komandanın 5 üzvü Gəncə təmsilçisinə qarşı oynamayacaq.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Rafael Utziq, Filipe Paxtman, Məqsəd İsayev, Rüstəm Əhmədzadə və Vladislav Kulaç oyunda iştirak etməyəcəklər".
Qeyd edək ki, şənbə günü reallaşacaq "Zirə" - "Kəpəz" qarşılaşması 16:00-da start götürəcək.
Nahid Ustaclı