Dünən Gənclər Liqasının 26-cı turu çərçivəsində keçirilən İCBFA - "Turan Tovuz" oyununun sonuna yaxın futbolçular arasında dava düşüb.
Fanat.Az-ın məlumatına görə, hakim insidenti yatırmaq üçün "Turan Tovuz"un beş, İCBFA-nın isə dörd oyunçusuna qırmızı vərəqə göstərib.
Beləliklə, meydançada yetəri sayda futbolçu olmadığına görə, matç yarımçıq dayandırılıb.
Qeyd edək ki, oyun dayandırılarkən hesab 4:3 "Turan Tovuz"un xeyirinə olub.
Mirağa