Misli Premyer Liqasının 28-ci turunda "Zirə"ni qəbul edəcək "Sabah" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Cəzalı futbolçumuz yoxdur. Kristian Sebalyos, Namik Ələsgərov və Vinsent Till zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər".
Qeyd edək ki, "Sabah" - "Zirə" qarşılaşması martın 30-da keçiriləcək. Matçın start fiti 19:00-da səslənəcək.
Nihat