Misli Premyer Liqasının XXIX turunda "Qəbələ"ni qəbul edəcək "Zirə" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Cəzalı futbolçumuz yoxdur. Filipe Paxtman və Məqsəd isayev zədə səbəbindən "Qəbələ"yə qarşı oynaya bilməyəcəklər".
Qeyd edək ki, "Zirə" - "Qəbələ"a qarşılaşması dekabrın 7-də baş tutacaq. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq duelin start fiti 16:30-da səslənəcək.
Nihat