Misli Premyer Liqasının XXX turunda "Qarabağ"ı qəbul edəcək "Sabah" ölkə çempionluğunu erkən təmin etmiş rəqibi ilə oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Ayaz Quliyev cəzalı duruma düşdüyü üçün "Qarabağ"a qarşı oynamayacaq. Vinsent Till, Kristian Sebalyos və Namik Ələsgərov isə zədəli olduqlarına görə meydana çıxa bilməyəcəklər".
Qeyd edək ki, "Sabah" - "Qarabağ" görüşü aprelin 14-də reallaşacaq. Oyunun start fiti 19:00-da səslənəcək.
Nihat