"Qarabağ"ın futbolçusu Leandro Andrade Portuqaliyanın "SIC Noticias" kanalına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, kabo-verdeli yarımmüdafiəçi Ağdam klubunun son illərdə uğurlu çıxış sərgiləməsinin səbəbini belə izah edib:
“Qarabağ”da hamı bir-birinə ailə üzvü kimi yanaşır. Baş məşqçi hər şeyə çox ciddi münasibət göstərən adamdır. O, futbolçulara ata kimidir. Qurban Qurbanov yalnız futbolumuzun səviyyəsinə deyil, bizim həyat tərzimizi də diqqətdə saxlayır. O, heç nəyi nəzərindən qaçırmır.
Andrade Azərbaycan və rus dillərini öyrəndiyini bildirib: "Azərbaycan və rus dillərində danışmağı müəyyən qədər öyrənmişəm. Artıq baş məşqçimizlə də bu dillərdə ünsiyyət qura bilirəm".