"Oyun barədə deyiləcək çox sőz yoxdur. Futbolçular xarakter göstərməli idilər, amma belə olmadı".
Fanat.Az xəbər verir ki, bunu Misli Premyer Liqasının 30-cu turunda "Turan Tovuz"a uduzan (1:2) "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Ənənəvi mətbuat konfransına qatılan 56 yaşlı çalışdırıcı məğlubiyyətini şərh edib:
"Meydana sonradan çıxan futbolçularımız oyunu gücləndirə bilmədilər. Vurulan qollara diqqət yetirsək, necə səhvlərə yol verdiyimizi gőrərik. Buraxdıĝımız İkinci qol kuryoz alındı. Bir oyunçu dőrd nəfəri aldadıb keçirsə, əlavə şərhə ehtiyac qalmır.
Hərçənd gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Çox xoş təsir baĝışladı. Sanki 20 ildir komandada oynayır. Ona uğurar arazulayıram".
Gűrcű műtəxəssis 42-ci dəqiqədə "qırmızı-qaralar"ın penalti arzusunu gőzűndə qoyan hakimin - Rauf Cabbarovun qərarına belə műnasibət bildirib:
"Hər şeyi gőrdűnűz. Sizcə, penalti var idi, yoxsa yox?Hakimlər haqda danışmayacam. Çünki bunun bir mənası yoxdur. Biz də penalti veriləcəyini dűşűnűrdűk. Amma referi fərqli qərarla diqqət çəkdi"
Nihat