10:28 15.04.2024 753

“Sabah” “Qarabağ”ı üstələdi, “Neftçi” 2-ci pilləyə yüksəldi – Tura baxış

Misli Premyer Liqasının XXX turu bolqollu oyunlara, güzəştsiz mübarizəyə şahid oldu. Bu mənada istisna Sumqayıtda keçirilən qarşılaşma oldu ki, turun qol səsi çıxmayan yeganə görüşü məhz orda keçirildi. Digər görüşlər isə azarkeşlərə böyük həyacan yaşatdı.

“Sumqayıt” – “Zirə” 0:0 
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov
“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov

Bu komandalar mövsüm ərzində 4-cü dəfə idi ki, qarşılaşırdı. Əvvəlki üç görüşün ikisində qapılara qol vurulmamışdı. Bir görüşdə isə “Zirə” Samir Abasovun komandasını minimal hesabla üstələmişdi. Hiss etmək çətin deyil ki, “Sumqayıt”la “Zirə” bir-birindən çəkinir, Rəşad Sadıqovla Samir Abasov üz-üzə gələndə hər ikisi məğlub olmamağa çalışır. Elə 30-cu turdakı qarşılaşma da istisna olmadı. Qarşılaşmanı izləmək üçün 90 dəqiqəsini sərf edənlər nə qol gördü, nə də maraqlı mübarizə. Maraqlıdır ki, 90 dəqiqənin sonunda hər iki komandanın baş məşqçisi qazanılan 1 xaldan razılıq ifadə edirdi. Amma hadisələrin sonrakı gedişatı göstərdi ki, itirdikləri iki xal “Sumqayıt”la “Zirə”ni xeyli geri saldı. 
Görüşlə bağlı danışarkən bir məqamı da qeyd edək ki, baş hakim Tural Qurbanov yanlışlıqla “Zirə”nin qapısına penalti təyin etmişdi. Top Ruan Renatonun əlinə dəyməsə də, baş hakim “nöqtə”ni göstərdi. Yalnız VAR-ın müdaxiləsindən sonra Qurbanov səhvini düzəltdi. Haqsız penalti ilə “Sumqayıt” qalib gəlsəydi, böyük qalmaqalın və narazılığın şahidi olacaqdıq. 
Xal itkisindən sonra “Zirə” 3-cü pilləyə gerilədi. Qəsəbə təmsilçisinin aktivində 46 xal var. 44 xallı “Sumqayıt” isə 4-cü sıradadır.

"Qəbələ" – "Turan Tovuz" 1:2
Qollar:
Əyyub Allaş, 49. - Aleks Souza, 81. Belaydi Pusi, 90+5.
"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 30. Şahin, Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo, 53. Elnur İbragimov
Baş məşqçi: Kaxaber Tsxadadze
"Turan Tovuz": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 55. Raul, Məmmədov, 57. Cavid Qasımov, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov

“Qəbələ”nin qələbə həsrəti bu tur da bitmədi. Baxmayaraq ki, “qırmızı-qaralar” buna çox yaxın idi. İlk yarısı qolsuz bitən qarşılaşmanın ikinci hissəsi Allaşın qoluyla başladı. Düşünmək olardı ki, “Qəbələ” etibarlı müdafi sayəsində qələbə hesabını qoruya biləcək. Amma bunu bacarmaq mümkün olmadı. 80-ci dəqiqəyə qədər hesabda öndə qolan “qırmızı-qaralar” 81-ci dəqiqədə Souzanın qoluna üzüldülər. Oyuna əlavə edilmiş dəqiqələrdə isə Pusi “Turan Tovuz”un qələbə topunu vurdu.
42 xalla 6-cı sırada yer alan “Turan Tovuz” artıq avrokuboklara qatılmaq həvəsini gizlətmir. 16 xalla sonuncu pillədə olan “Qəbələ”nin isə elitada yerini qorumaq şansları getdikcə tükənir.

"Neftçi" – "Araz-Naxçıvan" 3:0 
Qollar:
Brayan Moreno, 1. Rəhman Hacıyev, 45. İqor Ribeyro, 87-öz qapısına.
"Neftçi": 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç
"Araz-Naxçıvan": 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike
Baş məşqçi: Elmar Baxşıyev

“Araz Naxçıvan”ın problemləri Azər Bağırovun gedişiylə də bitmədi. Əksinə, Naxçıvana həsrət qalan Naxçıvan təmsilçisi bu dəfə daha böyük hesabla uduzdu. Özü də bundan əvvəlki üç görüşdə “Neftçi” “Araz Naxçıvan” üzərində qələbə qazana bilməmişdi. İki görüşdə Azər Bağırovun çalışdırdığı komanda qələbəyə sevinmişdisə, bir qarşılaşmada tərəflər meydandan “sülh”lə ayrılmışdılar. Bojoviç çətin günlərdən keçən “Araz Naxçıvan”ın bu vəziyyətindən yaxşı yararlandı və “Neftçi” 3:0 hesablı qələbəyə sevindi. Maraqlıdır ki, “Araz Naxçıvan”ın legioner futbolçuları bu dəfə də topu öz qapılarına vurdular. “Ağ-qaralar”ın 3-cü qolunun müəllifi Ribeyro oldu.
Qələbə “Neftçi”ni ikinci pilləyə yüksəltdi. Komandanın xal ehtiyatı indi 47-dir. “Araz Naxçıvan” isə 32 xal toplayıb və komanda 8-ci sırada yer alır.

"Səbail" – "Kəpəz" 3:3
Qollar:
Pedro Nuno, 49. Aleksandr Ramalinqom, 53. Rüfət Abdullazadə, 73  - Elmir Tağıyev, 25. Latir Fal, 29. Mate Kvirkviya, 90+6.
“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 4. Adi Mehremiç, 44. Yadin Luqasi, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 10. Tural Rzayev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane
Baş məşqçi: Adil Şükürov

“Səbail” doğma meydanda böyük əzmkarlıq göstərsə də, bu, qələbə üçün yetmədi. İlk yarıda iki qol vuran qonaq “Kəpəz” fasiləyə 2:0 hesablı üstünlüklə yollandı. Şahin Diniyevin paltardəyişmə otağında futbolçularına nə dediyini bilməsək də, ikinci 45 dəqiqədə meydanda tamam başqa “Səbail” var idi. “Dənizçilər” Qəbələdə olduğu kimi əzmkarlıq göstərib, rəqibin qapısına üç dəfə yol tapmağı bacardılar. Amma bu qollar qələbəyə kifayət etmədi. Görüşün son saniyələrində “Kəpəz”in gürcü legioneri Kvirkviya yekun hesabı müəyyənləşdirdi. Hərəyə 3 qol vuran komandalar bir xalla kifayətlənməli oldular. Düzdür, Şahin Diniyev baş hakim Cavid Cəlilovdan narazılığını gizlətmədi. Onun narazılığı ondan idi ki, hakim görüşü vaxtında saxlamayıb, əlavə etdiyi vaxtdan daha artıq davam etdirib. Lakin Diniyevin bu arqumenti çətin ki, xal itkisinə tutarlı arqument sayılsın.
Xalını 31-ə çatdıran “Kəpəz” 9-cu sıradakı yerini bir qədər də möhkəmlətdi. 39 xallı “Səbail” isə 7-ci sıradadır. Elə də inamlı görünməyən “Səbail” çətin ki, mükafatçılar sırasına düşə bilsin.

"Sabah" – "Qarabağ" 3:2 
Qollar:
Amin Seydiyev, 17. Cesse Sekidika, 38.  Tellur Mütəllimov, 57 - Leandro Andrade, 7. Nəriman Axundzadə, 76.
“Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 9. Anatoli Nuriyev, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 53. Fəxri Məmmədli, 66. Əhməd Tanrıverdiyev, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh
Baş məşqçi: Krunoslav Renduliç
“Qarabağ”: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva
Baş məşqçi: Qurban Qurbanov

Qurban Qurbanov Andrey Lunyovu ehtiyatda saxlayıb, Amin Ramazanova “çərçivə”ni tapşırsa da, əsas heyətin əksər üzvləri meydanda idi. Görünən o idi ki, “köhlən atlar” meydana qələbə arzusuyla çıxıb. Elə Andradenin 7-ci dəqiqədə hesabı açması da bu arzunun göstəricisi idi. Amma meydan sahibi “Sabah” bu qoldan sonra daha böyük əzmlə irəli atıldı ki, nəticədə fasiləyə qədər hesab dəyişdi. Amin Seydiyevlə Sekidika “Qarabağ”ın qapısına iki dəfə yol tapmağı bacardılar. 57-ci dəqiqədə Tellur Mütəllimov hesabı 3:1-ə çatdırdı. Ardıcıl əvəzetmələr edən Qurban Qurbanovun üzünü Nəriman Axundzadə güldürdü. Gənc hücumçu meydana daxil olduqdan saniyələr sonra hesab arasındakı fərqi minimuma endirdi. Bundan artığını etmək isə mümkün olmadı. “Sabah” “Qarabağ”ı 3:3 hesabıyla məğlub etdi.
Çempionluğu təmin edən “Qarabağ” zirvədə 72 xalla qərarlaşıb. 5-ci pillədəki “Sabah”ın 43 xalı var, Masazır təmsilçisinin 3-cü pilləni tutmaq şansları heç də pis deyil. 

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 Aprel 2024
23:14

İki Azərbaycan idmançısı Paris - 2024-ə vəsiqə qazandı

23:09

ÇL: "Bayern" - "Real" matçında qol yoxdur - YENİLƏNİR

21:20

"Ten Haq Ronaldu ilə münaqişədən sonra hörmətini itirdi"

20:00

"Mabppe ilə finalda qarşılaşsaq, onu qazona yaxacam" - Antonio Rüdiger

19:27

Azərbaycan millisi Rumıniyaya uduzdu

18:45

"Barselona" qışda aldığı futboloçunu göndərir

18:07

Kan "Bayern" - "Real" duelindən öncə paylaşım etdi

17:41

Ülviyyə Avropa çempionu oldu, FIDE reytinqində irəlilədi

17:23

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

17:02

İnsident zamanı Salahın Kloppa nə dediyi məlum oldu

16:42

Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

16:23

"Bu oyunun favoriti "Bayern"dir" - Lotar Matteus

16:04

"Səkkizillik müqavilələr bütün tərəflərdən çox pisdir" - Nevill "Çelsi"ni tənqid etdi

15:49

“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirildi

15:28

"Fire League": Qrup mərhələsi başa çatdı

15:10

Levandovski "Barselona"nın tarixinə düşdü

14:52

"Qarabağ"la son oyunlarımızı analiz edəcəyik" - Ağadadaş Salyanski

14:33

"İdmançılarımız avarçəkmədə elə nəticələr əldə edirlər ki..." - Elman Nəsirov

14:15

Ronaldo "Kruzeyro"nun səhmlərinin nəzarət paketini satdı - Növbədə "Valyadolid"dir

13:57

"Lester"dən tarixi rekord - "Mançester Siti"ni geridə qoydular

13:39

"Onlar "Arsenal"a qarşı möhtəşəm oynadılar" - Ançelotti 

13:21

"Zommerin belə çıxışı bizim üçün sürpriz olmadı" - Pyero Auzilio

13:03

Xavi Levandovskinin het-trikinə belə reaksiya verdi

12:46

"Milan"ın müdafiəçisinin gedib-getməyəcəyi dəqiqləşdi

12:10

"Liverpul"un yeni baş məşqçisi bu tarixdə açıqlanacaq - Rekord məbləğdə təzminat

11:51

"Bayern"ə "Mançester Siti" qədər hörmət edirik" - Valverde

11:33

"Qarabağ" - "Neftçi" oyununun məkanı dəyişdi

11:24

"Siti" möhtəşəm komandadır, ancaq onlar da ideal deyillər" - Bukayo Saka

11:07

"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatdı

10:48

PSJ Raşfordla bağlı qərarını verdi

10:29

"Real" Arissabalaqanın yerinə türk qapıçı alır - SON DURUM

10:10

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:48

Qızıl medal qazanan Azərbaycan şahmatçısı mükafatlandırıldı

09:00

Güzəştsiz mübarizə intiriqanı bir az da artırdı – Tura baxış

08:30

"İndi deyə bilərəm ki..." - Levandovski son nöqtəni qoydu

01:25

"Barselona"dan inamlı qələbə

00:57

A Seriyasında tura darmadağınla yekun vuruldu

29 Aprel 2024
23:58

"Uembli"yə yollanmaq istəyirik, inamımız çoxdur" - Tuxel "Real"ı necə yenmək istədiklərini dedi

23:50

"Antalyaspor" darmadağına məruz qaldı

23:03

"Bayern" - "Real" matçının hakimləri bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X