Misli Premyer Liqasının XXXI turunda "Neftçi"ni qəbul edəcək "Zirə" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Pyer Zebli cəzalı olduğu üçün "Neftçi"yə qarşı oynamayacaq. Filipe Paxtman və Cibrila İssa isə bu matçı zədə səbəbindən kənardan izləyəcəklər".
Qeyd edək ki, "Zirə" - "Neftçi" qarşılaşması aprelin 20-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Görüşün start fiti 19:00-da səslənəcək.
Nihat