Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Qarabağ" - "Neftçi" qarşılaşması FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
Qəbələdəki prinsipial görüşü isə Tural Qurbanov idarə edəcək.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
24 aprel
17.00. “Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu
20.00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika stadionu