Misli Premyer Liqasının son turunda da əcnəbi VAR hakimləri iş başında olacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, AFFA-nın Hakimlər Komitəsi ötən tur olduğu kimi, yenə başqa ölkədən ədalət təmsilçiləri dəvət edib.
Həm də bu dəfə 3 oyunda - "Zirə" - "Səbail", "Sumqayıt" - "Qəbələ" və "Neftçi" - "Sabah" matçlarında gəlmə hakimlər iş başında olacaq.
Üstəlik, budəfəki legioner hakimlər ötən turda bu vəzifəni yerinə yetirənlər deyil. Yəni 36-cı turun oyunlarına fərqli VAR hakimləri dəvət olunub.
AFFA bu təcrübəni Azərbaycan Kubokunun final oyununa da tətbiq etməyə hazırlaşır.
Qeyd edək ki, 35-ci turda iki qarşılaşmada VAR hakimləri əcnəbi idi. "Sabah" - "Sumqayıt" görüşündə belçikalı Natan Verbumen iş başında olmuşdusa, "Səbail" - "Neftçi" matçına italiyalı Davide Qersini nəzarət etmişdi.
Mirağa