AFFA İntizam Komitəsi Misli Premyer Liqasında çıxış edən üç klubu cərimələyib.
Fanat.Az xəbər verir ki, "Kəpəz" XXXV turda "Zirə"yə 0:1 hesabı ilə uduzduğu oyunda azarkeşlərin hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 1000 manat ziyana düşüb.
“Qarabağ” – “Turan Tovuz” matçından (4:3) sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə Ağdam klubu 500 manat ödəyəcək.
"Araz-Naxçıvan" isə "Qəbələ"yə uduzduğu (0:2) qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.