
“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət olunub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi yığmanın qarşıdakı 2 oyununda düşərgədə olacaq.
27 yaşlı oyunçu yoxlama görüşləri çərçivəsində 8 iyun Kipr, 11 iyun tarixində isə Ukrayna ilə keçiriləcək oyunlarda məşqçilər korpusunun sərəncamında olacaq.
Marandiçi 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir.