14:33 29.05.2024 989

Bağırov vaxtında getsəydi... - Ona daha bir şans lazımdır

Cari mövsüm Misli Premyer Liqasında mübarizə aparan "Araz-Naxçıvan" yekunda 36 xal toplayaraq elitadakı yerini qorudu. Hərçənd mövsümün əvvəlində bu komandanın ortaya qoyduğu futbol sözün əsl mənasında, futbol ictimaiyyətini təəccübləndirmişdi. Razılaşaq ki, Azər Bağırovun rəhbərliyi altında inanılmaz startla diqqət çəkən naxçıvanlılar onlara aşkar autsayder gözü ilə baxanların düşüncələrini alt-üst etməyi bacarmışdılar. Düzdür, sonradan tempi qorumaq mümkün olmadı və "qara zolağ"a düşən "ağ-qırmızılar" Konfrans Liqasına vəsiqə uğrunda mübarizədən kənarda qaldı. Ancaq istənilən halda, çempionata rəng qatan komandanın elita səhnəsində ortaya qoyduğu parlaq çıxışa və sonradan vəziyyətin niyə dəyişdiyinə nəzər salmağa dəyər. 

9 günə qurulan kollektiv

Ötən ilin yayında böyük büdcəsi olmayan "Araz-Naxçıvan"ın hansı zaman kəsiyində heyət formalaşdırdığını hamımız xatırlayırıq - 9 günə ( bunu klubun qeyri-rəsmi prezidenti Zaur Axundov özü də təsdiqləyib). İnanılmaz məqamdır, deyilmi? Uzun müddət futboldan kənarda qalan dayaq yarımmüdafiəçisi Vadim Abdullayevin də bu heyətdə yer alacağını eşidənlər, təbii ki, Bağırovun mübariz kollektiv formalaşdıracağına inanmırdılar. İstər yerli, istərsə də legioner oyunçuların adları xoş xəyallar qurmağa imkan vermirdi. Açılış turunda "Turan Tovuz"dan alınan 0:3 hesablı yenilgi isə beyinlərdə "kimin Birinci Liqaya düşəcəyi indidən bəllidir" fikrini möhkəmlətdi. Lakin ardından "Qəbələ" üzərində inamlı qələbə qazanan (2:0) naxçıvanlılar 3-cü turda da (komanda "Qarabağ"a 1:2 hesabı ilə yenilsə də təqdirəlayiq futbol oynamışdı) Premyer Liqaya say düzəltmək üçün gəlmədiyini isbatladı. Görünən bu idi ki, çoxlarının məşqçilik bacarığına şübhə etdiyi Azər bəy "oturuşmamış" heyətə öz futbol fəlsəfəsini aşılamağı bacarıb. Sözügedən kollektiv oyundan-oyuna "artırdı" və növbəti turlarda "Neftçi"ni (1:0), "Zirə"ni (1:0), hətta 11-ci turda "Qarabağ"ı da (2:1) şoka salmağı bacardı. Əlbəttə, Bağırovun rəhbərlik etdiyi komandanın heç-heçələri, məğlubiyyətləri də yox deyildi, lakin bu oyunlarda belə, "Araz-Naxçıvan" oyun planında aciz görünmürdü. Muxtar Respublika təmsilçisi qış fasiləsinə "Neftçi" üzərində növbəti qələbə ilə yollandı - 1:0.

Bəs nə oldu?

Sözügedən kollektiv 2024-cü ildəki ilk çempionat qarşılaşmasında "Səbail"lə bərabərliyə razılaşsa da, artıq suların bulandığı sezilirdi. "Bərk qoz" imici formalaşdıran Naxçıvan təmsilçisi 24-cü turda "Zirə"yə 0:3 hesabı ilə yenildi və ardından çöküş başladı. Hiss olunurdu ki, baş məşqçi qışda istədiyi transferləri həyata keçirə bilməyib və heyətdəki bəzi futbolçular işlərinə əvvəlki qədər can yandırmırlar. Ehtiyat qüvvə çatışmazlığı öz yerində, komandadan gələn qruplaşma qoxusu danılmaz gerçəklikdir. Hətta Futzal Federasiyasının prezidenti Zaur Axundovun kurasiyasında olan klubun adının oyun alqı-satqısında hallanması da təsadüfi deyildi. Bunların şaiyə, yarımhəqiqət və ya reallıq olduğu ilə bağlı ortada tutarlı sübut yoxdur, lakin komandanın "sönməsi" fonunda belə informasiyaların "qanadlanması" başadüşülən idi. Klubdaxili birliyin pozulması, qütbləşmələrin yaranması öz əksini birbaşa komandanın nəticələrində tapdı...

Bağırov 37, Baxşıyev 19 faizlik nəticə göstərib

Aprelin 6-da istefa verən Azər bəyin Premyer Liqada baş məşqçi qismində keçirdiyi ilk mövsümdə xoş sürpriz kimi yadda qaldığı mübahisə doğurmayan məqamdır. Artıq hamı bilir ki, ölkədə belə bir mütəxəssis var və normal büdcəsi, məşqçinin işinə müdaxilə etməyən rəhbərliyi olan istənilən klub bu çalışdırıcı ilə uğurlu gələcəyin planlarını qura bilər.  

Azərbaycan Kubokunu nəzərə almasaq, "Araz-Naxçıvan"ı 29 çempionat oyununa çıxaran Bağırov 8 qələbə, 8 heç-heçə və 13 məğlubiyyətlə 37 faizlik nəticə göstərib. 39 yaşlı mütəxəssisin dönəmində, 28 qol vuran "ağ-qırmızılar" 39 dəfə topu tordan çıxarmalı olublar və 32 xal toplayıblar. Hərçənd Azər bəy onu arzulanan şəkildə dəstəkləməyən klubun, işini lazımınca futbolçuların arxasında durmasaydı, yəni istefasını gecikdirməsəydi ortaya daha parlaq statistika çıxardı.

Bağırovun yerini tutan Elmar Baxşıyevin Muxtar Respublika komandasındakı göstəricləri isə belədir: 7 oyun, 1 qələbə, 1 heç-heçə, 5 məğlubiyyət. Baxşıyevli "Araz-Naxçıvan" 4 xal toplayıb, vurduğu 3 qolun qarşılığında 11 dəfə oyuna mərkəzdən başlayıb. Bu, 19 faizlik nəticədir və o deməkdir ki, Elmar bəy sələfindən 2 dəfə zəif performansla diqqət çəkib. Başqa sözlə, "Araz-Naxçıvan"ın qışdan sonra "təkərinin buraxmasının" səbəbkarı Azər bəy deyil, klubun idarəçiləri olub. 

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X