15:43 30.05.2024 726

Ayxan Abbasov: "Bu qərarı heç gözləmirdim"

"Turan Tovuz"dan ayrılan Ayxan Abbasov "Azərtac"-a müsahibə verib. 

Fanat.Az həmin müsahibəni təqdim edir.

 - Mətbuata açıqlamanızda "Turan Tovuz"dan rəhbərliyin istəyilə ayrıldığınızı bildirmisiniz. Bir az detallı məlumat verə bilərsiniz? Hər şey necə baş verdi?
- Klub tərəfindən qəbul olunan qərar idi. Rəhbərlik heç bir səbəb göstərmədən mənimlə yolları ayırdı. Sadəcə, gələcək üçün müəyyən addımlar atacaqlarını, başqa planlarının olduğunu bildirdilər. Buna baxmayaraq, mən tərəfdən heç biri narahatlığa əsas yoxdur. Bu vaxta kimi çalışdığım bütün klubların rəhbərlərinə öncədən demişəm ki, nə zaman getməyimi istəsələr, buna hazıram. Ölkə çempionatı bitən kimi söhbətimiz oldu. Amma dediyim kimi, mənə heç bir səbəb göstərmədilər. Bəlkə də klubun rəhbər şəxsləri öz aralarında danışıb, nələrisə müzakirə edərək bu qənaətə gəliblər. Mənim isə heç nədən xəbərim olmayıb.

- Yəni, qərar sizin üçün də gözlənilməz oldu...
- Əlbəttə, çox gözlənilməz oldu. Çünki biz üçillik müqavilə imzalayaraq bu yola çıxmışdıq. İşlərimizi də buna uyğun qururduq. Hətta son günə kimi bəzi yerli futbolçularla razılığa gəlmək üzrə idik. Başqa futbolçularla danışıqlar da aparırdıq. Təbii ki, bu qərarı heç gözləmirdim. Lakin normal şəkildə sağollaşdıq. Çünki hörmət etdiyim insanlardır. Qarşılıqlı razılıq əsasında ayrıldıq. Onlar öz fikirlərini bildirdilər, mən isə bunu normal qarşıladım.

 - "Kəpəz"lə oyundan sonra Ehtiram Quliyev "Turan Tovuz"un növbəti mövsüm avrokuboklara vəsiqə uğrunda oynayacağını bildirmişdi. Siz isə mətbuat konfransında buna cəhd edəcəyinizi söyləmişdiniz. Bəlkə ayrılığa məhz bu amil təsir göstərib?
- Biz ötən mövsüm Azərbaycan Kubokunun yarımfinalınadək irəlilədik. Avrokuboklara vəsiqə uğrunda şansımız var idi. Bu mövsümün müzakirəsini aparmışdıq və qərara gəlmişdik ki, daha iddialı olmalıyıq. Yekunda altıncı pilləni tutduq, son 5 turda gücümüz çatmadı. Amma gələn ilin planını elə qurmuşduq ki, son turlarda gücümüz çatacağı şəkildə oynayaq. Avrokubok barədə də razılaşmadığımız hər hansı söhbət olmamışdı.

 - Məşqçi karyeranızda bir neçə dəfə bu halla üzləşmisiniz. Komandanı müəyyən səviyyəyə gətirib çıxarmısınız, amma sonra sizinlə yollar ayrılıb...
- Düşünürəm ki, normal haldır. Məşqçi üçün bu yolu keçmək, əlbəttə ki, çətindir. İllərlə bir klubda işləyəndə daha rahat olur. Digər komandalarda bundan da çox işləmişəm. Demək olar ki, hər klubda 3 ilə yaxın əziyyət çəkmişəm. Nəticə də göz qabağındadır. "Turan Tovuz" kimi bir klubda iki mövsüm işləmək də asan deyildi. Statistikaya baxsaq, görərik ki, bu komanda həm Premyer Liqada, həm də I Liqada ən çox məşqçi dəyişən klubdur. Bunun da səbəbi odur ki, orada azarkeş kütləsi çoxdur. Çətin də olsa, həmin təzyiqlərə dözmək, tənqidləri peşəkar şəkildə qəbul etmək lazımdır.

 - Sizcə, tovuzlu azarkeşlər komandaya rəhbərlik etdiyiniz 2 mövsümdə sizi necə xatırlayacaqlar?
- Sevindiyim məqam odur ki, bu iki il ərzində heç vaxt düşmə zonasında olmadıq. Ən çətin anlarda belə biz bunu yaşamadıq. Halbuki bizdən daha böyük klublar bu aqibətlə üzləşiblər. "Turan Tovuz"a rəhbərlik etdiyim müddətdə azarkeşləri sevindirmişik. Düşünürəm ki, bundan da pis ola bilərdi. Klubun yaxşı rəhbərliyi var, onlara uğurlar arzu edirəm. Əsas odur ki, bu qərardan gileylənmirəm. Burada futbolçu kimi də çıxış etmişəm. Fikrimcə, "Turan Tovuz"a kifayət qədər xeyrim dəyib.

- Gələcək planlarınız nədən ibarətdir?
- Təkliflər gələrsə, əlbəttə ki, dəyələndirəcəyəm. Bu, mənim işimdir. Bununla bağlı hər hansı narahatlığım da yoxdur. İş xatirinə hansısa təklifi də qəbul etmək fikrində deyiləm. Həmin komandanın iş prinsipi, yanaşma tərzi önəmlidir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X