
“Zirə” Vladislav Kulaçla yollarını ayırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı hücumçu ilə klub arasında imzalanmış müqavilə başa çatıb.
"Qartallar" futbolçuya klub üçün göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 31 yaşlı forvard 2023-cü ildə "Zirə"yə keçmişdi.