UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Sumqayıt" - "Fehervar" matçına bilet satışı davam edir.
"Gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, artıq satışa çıxarılan 9000 biletdən 4700-ü satılıb.
Oyunu canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, iyulun 22-dən (stadiondakı texniki problemlərə görə bu tarix iyulun 20-dən 22-nə keçirilib) isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasından əldə edə bilərlər. Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.
Qeyd edək ki, "Sumqayıt"ın "Fehervar"la ilk görüşü iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.