Azərbaycanın elita təmsilçilərindən olan “Şamaxı” yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "aslanlar"ın mətbuat xidməti məlumat yayıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda I Liqa təmsilçisi "Zaqatala" ilə qüvvəsini sınyacaq. Görüş avqustun 16-da Şamaxı şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, Misli Premyer Liqasının III turunda keçirilməli olan "Şamaxı" - "Qarabağ" görüşü Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Peşəkar Futbol Liqasına müaciətindən sonra təxirə salınıb.