Misli Premyer Liqasının 4-cü turunda səfərdə "Qarabağ"ı məğlub edən (1:0) "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev oyundan sonra təşkil edilən mətbuat konfransında qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, "bozqurdlar"ın çalışdırıcısı belə danışıb:
"Futbolçularıma canfəşanlıqlarına və oyun intizamlarına görə minnətdaram. “Qarabağ”a “Dinamo” ilə oyunda uğurlar arzu edirəm. İnanıram ki, “Qarabağ” mərhələ keçməyi bacaracaq.
Əlbəttə, oyundan razı qaldım. Nəticədən razı qalmamaq mümkün deyil. "Qarabağ" çox güclü rəqibdir, Azərbaycan futbolunun flaqmanı sayılır".