UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Dinamo" (Zaqreb) matçının təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumu görüşü İngiltərədən olan hakimlər briqadasına həvalə edib.
FIFA referisi Maykl Oliverə Stüart Burt və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud əyləşəcək. Hakim-inspektor Peter Sippel (Almaniya), UEFA nümayəndəsi Balaş Makray (Macarıstan) olacaq.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda reallaşan ilk duel meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflərin ikinci dueli avqustun 28-də, saat 20:45-də baş tutacaq.