16:05 27.09.2024 1075

"Qarabağ"ın yenilgisini şərtləndirən səbəblər - 11-12 xal toplamaq istəyi realdırmı?

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Dünən Londonda Avropa Liqasının Liqa mərhələsində ilk oyununu keçirən "Qarabağ" "Tottenhem"ə 0:3 hesabı ilə uduzdu. Əlbəttə, Ağdam təmsilçisinin səfərdə Hotspur komandasından xal almaq ehtimalının çox az olduğunu hamımız bilirdik. Ancaq Londonda tıxacda qaldığı üçün stadiona vaxtında çata bilməyən və bu səbəbdən 35 dəqiqə gec başlayan matçın 7-ci dəqiqəsindən say üstünlüyü ilə mübarizə aparan "köhlən atlar"ın bu qarşılaşmadan məğlub ayrılması həqiqətən üzücü oldu. 7-ci dəqiqədən azlıqda oynayan "Tottenhem"lə nəinki heç-heçə etmək, vəziyyətdən daha yaxşı faydalanaraq tarixi qələbə qazanmaq da mümkün idi. Təəssüf ki, təmsilçimiz qol vurmadan böyük hesabla yenildi. Şübhəsiz, məğlubiyyət səbəbsiz deyil. Bu yazıda təmsilçimizin niyə uduzduğunu müəyyənləşdirməyə və yeni formatda keçirilən AL-dəki növbəti matçlardan neçə xal qazana biləcəyini proqnozlaşdırmağa çalışacağıq.

Tıxac ciddi psixoloji zərbə oldu

İngiltərənin paytaxtında tıxacda qalan "Qarabağ"ın hansı səviyyədə stress yaşadığını təxmin etmək çətin deyil. Belə güclü rəqiblə oyundan öncə xoş olmayan sürpriz təmsilçimiz üçün psixoloji zərbə anlamındadır. Bunu ayrı-ayrı futbolçuların meydandakı inamsız davranışlarından da sezmək olurdu. Sanki oyunçular qısa müddət öncə baş verənləri unutmamışdılar. Oyundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov da bu məqamın komandasının oyununa təsirsiz ötüşmədiyini vurğuladı. Ağdamlılar sanki "Tottenhem"i məğlub edə biləcəklərinə inanmırdılar. Azlıqda qalan rəqibin Julio Romaonun yersiz top itkisindən sonra hesabı açması isə gərginliyi bir qədər də artırdı. Qaçırılan qol fürsətləri öz yerində, Toral Bayramovun 58-ci dəqiqədə tiri nişan alaraq penaltidən yararlana bilməməsi də psixoloji basqıdan qaynaqlanan məqamdır.

Bu, ən optimal heyət deyildi

Start "11-lik"də mərkəz müdafiəçisi Kevin Medinanın yeri görünürdü desək, yanılmarıq. Zədədən əziyyət çəkən kolumbiyalı stopper formasının zirvəsində olanda "Qarabağ" müdafiə planında ciddi problemlər yaşamır. Eyni sözləri Monteneqro millisinin üzvü Marko Veşoviç haqda da demək olar. Medinanın mövqeyində Bədavi Hüseynov qərarlaşmışdısa, Veşoviçin yerində - müdafiənin sağ cinahında Mateus Silva yer almışdı. Razılaşaq ki, Silva meydanın ən zəiflərindən biri idi. Braziliyalı baş məşqçinin verdiyi tapşırıqların öhdəsindən gələ bilmir, cinahboyu irəlilədiyi epizodlarda topu əlverişli mövqedə olan komanda yoldaşlarına çatdırmağı bacarmırdı.

Zədədən qayıdan və meydana sonradan çıxan digər monteneqrolu Marko Yankoviçin də əvvəlki vəziyyətinə qayıtması üçün müəyyən zamana ehtiyac var. Qurbanovun 3 aparıcı oyunçunun xidmətindən istədiyi şəkildə istifadə edə bilməməsi sıradan fakt deyil. 

Ümumi sürət və fiziki hazırlıq fərqi

Abdullah Zubirin ifasında sürətli keçidlər görməyə adət etmiş futbolsevərlər bu dəfə Mərakeş əsilli fransalının çıxışından məmnun olmalıdılar. Bəli, İngiltərə Premyer Liqası planetin ən sürətli çemponatıdır. İPL-in yüksək yerlər uğrunda mübarizə aparan komandasının müdafiəçiləri fərdi sürət və fiziki güc fərqinin nə demək olduğunu isbatlayırdılar. Buraya düşünmə sürətini də əlavə etməyə məcburuq. Bizimkilərin istənilən oyun epizodundakı ani tərəddüdü topun itirilməsinə yol açır və "Tottenhem" uzun ötürmələrlə say azlığını sığortalayırdı. 

Qol ümidi yenə yarıtmadı

Rəqib müdafiəçinin "qırmızı" almasında müstəsna xidməti olan braziliyalı hücumçu Juninyonun çox sayda qol imkanını boşa verməsi mütləq qabardılmalıdır. Qol ümidi üzərinə düşən əsas işi görmürsə, uğurlu nəticədən danışmaq əbəsdir. "Tottenhem" səviyyədə kollektivlər bir matçda rəqibə 8-10 real qol fürsəti vermirlər.

"Köhlən atlar"ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşdığı Zaqreb "Dinamo"su ilə hər iki matçda (0:3, 0:2) eyni mərəzdən əziyyət çəkdiyini də unutmayaq. Həqiqət budur ki, son 3 Avropa oyununda ümumilikdə 15-20 real qol epizodu yaxalayan "Qarabağ" rəqib qapılarına 1 dəfə də yol tapmayıb. Bu yöndə vəziyyətin müsbətə doğru dəyişməsi olduqca önəmli məqamdır. 

Qarşıda hələ 7 matç var

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan çempionu hələ qitəmiqyaslı yarışda ilk və ən çətin oyununu keçirib. İrəlidə 7 matç var və bu görüşlərdən lazım olan qədər - təxminən 11-12 xal toplayaraq 1/8 finala və ya pley-offa vəsiqə qazanmaq olar. Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda yarışın 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı olanlar isə avrokuboklarda mübarizəni başa vururlar. Qalan oyunların siyahısı belədir:

II tur
3 oktyabr

20:45. "Qarabağ" - "Malmö" (İsveç)

III tur
24 oktyabr

20:45. "Qarabağ" - "Ayaks" (Niderland)

IV tur
7 noyabr

21:45. “Budyo Qlimt” (Norveç) - "Qarabağ"

​V tur
​28 noyabr

21:45. "Qarabağ" - "Olimpik Lion" (Fransa)

VI tur
11 dekabr

00:00. “Elfsborq” (İsveç) - ​"Qarabağ"

VII tur
23 yanvar

21:45. "Qarabağ" - "Styaua" (Rumıniya)

​VIII tur
30 yanvar

00:00. ​"Olimpiakos" (Yunanıstan) - "Qarabağ"

11-12 xal utopiya deyil

İndidən nəyin necə olacağını dəqiqliklə söyləmək daha çox münəccimlik iddiasına bənzəyər. Lakin ötən ildən bəri hansısa aparıcı oyunçusunu itirməyən ağdamlıların bu qarşılaşmalardan 11-12 xal toplamaq ehtimalı qeyri-real deyil. Qurbanovun rəhbərlik etdiyi kollektiv yeddi matçdan dördünə öz meydanında çıxacaq. "Ağ-göylər"in "Elfsborq"u qonaq qismində yenməsi, ən yaxın keçmişdə Pireydə 3:0 hesablı məğlubiyyətə uğratdığı "Olimpiakos"dan səfərdə 1 xal alması, Bakıda "Malmö" və "Styaua"nı üstələməsi, "Ayaks"la "Olimpik Lion"a isə uduzmaması arzulanan xalı toplamasına kifayət edir. Belədə, son illərdə adından söz etdirən "Budyo Qlimt"ə Norveçdə yenilmək də ciddi mənada nəyisə dəyişməyəcək. Bizə ən yaxşısına ümid etmək və gözləmək qalır.

Nihat Ağasoy


 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

Facebookdan bizi izləməyi unutmayın.
X