15:15 24.10.2024 1068

"Abasovun işinin öhdəsindən gələcəyinə inanıram" - "Neftçi"nin yerliyə tapşırılması nə vəd edir?

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Ötən mövsüm Misli Premyer Liqasının 5-ci pillədə başa vuraraq avrokuboklara vəsiqə qazana bilməyən "Neftçi"nin 2024/2025 "futbol ili"nə dəyişikliklərlə başlaması gözlənilən idi. Şübhəsiz, "ağ-qaralar"ın daha öncə ölkəmizdə "Qəbələ"ni çalışdırmış Roman Qriqorçuka tapşırılmasında qeyri-adi nəsə yox idi və yaxın keçmişdə "qırmızı-qaralar"la Avropa Liqasının qrupunda mübarizə apamış ukraynalının vəziyyəti müsbətə doğru dəyişəcəyinə inananlar az deyildi. Lakin hər şey ən bədbin "Neftçi" azarkeşinin proqnozlaşdırdığında da pis alındı. İlk dövrəni 5 heç-heçə və 4 məğlubiyyətlə tamamlayan Qriqorçukla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Onun yerinə isə "Sumqayıt"ın çalışdırıcısı, Bakı təmsilçisinə son çempionluğunu qazandırmış Samir Abasov gətirildi. Bəs görəsən Abasov uğursuz startla diqqət çəkən paytaxt komandasını vəziyyətdən çıxara bilərmi? Ümumiyyətlə, onun təyinatı doğru seçimdirmi?

Son çempionluq

Abasovun "Neftçi"də bu dəfə nə ilə yadda qalacağını götür-qoy etməyə çalışırıqsa, son çempionluğu xatırlamaya bilmərik. 2020/2021 mövsümünün son turu ərəfəsində elə vəziyyət yaranmışdı ki, "ağ-qaralar"dan 1 xal öndə olan ağdamlılar heç-heçə sayəsində ardıcıl 8-ci çempionluğunu bayram edəcəkdi. Mayın 19-da "xalq komandası"nın meydanında baş tutan qarşılaşma yetərincə gərgin alındı. Abasovun rəhbərlik etdiyi kollektiv 90-cı dəqiqədə rəqib qapısına yol taparaq uzun sürən həsrətə son qoydu. Önəmli qola mövsümün ikinci yarısını icarə əsasında "Neftçi"də keçirən, müqavilə ilə Sofiya MOİK-inə məxsus Ahmed Ahmedovun imza atması yetərincə maraqlı məqam kimi yaddaşlarda qaldı. Bu, Ahmedovun Bakı klubunda ilk və son qolu idi.

Düzdür, sonradan heyət lazım olan səviyyədə gücləndirilmədi və komanda avrokuboklarda ümidləri doğrulda bilmədi. Elə həmin yay ən önəmli oyunçulardan olan Namik Ələskərovun daha yüksək qazanc hədəfi ilə "Bursaspor"a keçməsi vəziyyəti daha da qəlizləşdirdi. Çempion komandanın sıralarına yeni futbolçuların cəlb edilməsi ən vacib nüans sayıldığı halda, nədənsə bu proses olduqca ləng gedirdi. Hiss olunurdu ki, rəhbərlik Abasovun əsas söz sahibi olmasına şərait yaratmır...

İkinci yer istefa ilə nəticələndi, amma...

2021/2022 mövsümünü 2-ci pillədə bitirən "Neftçi"nin yerli mütəxəssislə vidalaşmaq qərarı təbii ki, birmənalı qarşılanmamışdı. Xatırlayırsınızsa, klubun Müşahidə Şurasının iclasında Samir bəyin flaqmanı Azərbaycan Kubokunun finalına çıxara bilməməsi onunla yolların ayrılmasının əsas səbəblərindən biri hesab edilmişdi. Şübhəsiz, rəhbərlik əcnəbi çalışdırıclarla daha artığına nail olmağı hədəfləmişdi. Ancaq zaman göstərdi ki, sonradan əlcək kimi dəyişilən gəlmələrin heç biri komandanı yeni səviyyəyə çatdıracaq bacarıqda deyillər. Son iki mövsümdə 2-ci yerin belə, "Neftçi" üçün əlçatmaza çevrilməsi faktdır.

Abasovdan sonra 2 illik müqaviləyə imza ataraq komandanın "sükanı arxası"na keçən rumıniyalı Laurentsiu Regekampf yekunda 3-cü yerlə kifayətləndisə, digər cəbhədə - ölkə kubokunun finalında "Qəbələ"yə məğlubiyyət titul arzusunu puça çıxardı. Regekampfın özündən məşhur həmyerlisi, Adrian Mutu ilə əməkdaşlıq isə daha bərbad alındı. O da 2 illik anlaşmaya qol çəkdi və ümidləri doğrultmadığından mövsümün ortasında yola salındı. 6 ay+1 illik müqavilə şərti ilə gətirilən monteneqrolu Miodraq Bojoviçin qisməti isə klubun tarixinə və hədəflərinə yaraşmayan 5-ci yer oldu. Abasovlu "Sumqayıt"ın məhz Bojoviçli "Neftçi"ni qabaqlayaraq Konfrans Liqasında iştirak hüququ əldə etməsi özlüyündə diqqətçəkən məqamdır. 

Ən böyük uğura da yerli imza atıb

Müstəqillik dönəmində ən böyük uğurunu 2012-ci ilin yayında Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə reallaşdıran "Neftçi"də əcnəbi çalışdırıcıların heç nə ilə yadda qalmaması acı reallıqdır. Azərbaycan futbolunun tarixi ilkinə mərhum çalışdırıcı Böyükağa Hacıyevin rəhbərliyi altında imza atan flaqmanın yerli mütəxəssislə nəticə vermək ehtimalı daha yüksəkdir. Azərbaycanlı futbolçuların mentalitetinə yaxından bələd olmayanların bu yöndə oxşar çətinliklər yaşaması çılpaq gerçəklikdir. Legioner baş məşqçiyə yaradılan şəraiti yerlidən əsirgəməmək isə ən vacib amillərdən biridir. 

46 yaşlı Abasovun əvvəlki səhvlərini təkrarlamayacağını da proqnozlaşdıra bilərik. O, indi daha təcrübəlidir və futbolçulara, azarkeşlərə münasibətdə "barıtı çox etməyin" fəsadlarını da anlamamış deyil. Sözügedən çalışdırıcı artıq ilk addımını uğurla atıb. 10-cu turda "Səbail" üzərində qazanılan 3:1 hesablı qələbə "qara zolaq"dan çıxmaq adına yetərincə effektli başlanğıcdır. 

"Abasovun işinin öhdəsindən gələcəyinə inanıram"

Məsələ ilə bağlı tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovun da fikirlərini öyrəndik. Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Öncə onu deyim ki, Samir bir mütəxəssis olaraq "Neftçi"də işləmiş əcnəbilərin heç birindən geri qalmır. Üstün tərəflərindən biri Azərbaycan futboluna, ölkə çempionatına yaxından bələd olan çalışdırıcıdır. Digər tərəfdən, adam "Neftçi"də nəticə əldə edib. İlk mövsümündə "Qarabağ"ı qabaqlayıb çempion oldu, ardından isə ikinci yeri tutdu. Onun istefaya göndərilməsi nə dərəcədə dügün addım idi? Təbii, "Neftçi" çempionluğa oynayan komandadır, ancaq reallıqla hesablaşmaq da vacibdir. Birinci yeri tutmamaq o demək deyil ki, uğur qazana bilməmisən. Bu çempionatda məlum səviyyəyə yüksəlmiş "Qarabağ" varsa, ikinci yer də pis nəticə deyil. 

"Neftçi"nin yenidən əvvəlki əzəmətini qaytarması yalnız Samirdən asılı məsələ deyil. Şəxsən mən Abasovun işinin öhdəsindən gələcəyinə inanıram. Klub oyunçularla, komanda ilə bağlı bütün məsələlərdə bu mütəxəssisin əsas söz sahibi olmasını təmin etməlidir. Bu, çox böyük şərtdir. Yaxşı büdcə ayırsalar, bu yöndə "Qarabağ"dan geri qalmasalar, Abasov Ağdam təmsilçisinin ardıcıl çempionluqlarına yenə mane ola bilər. Bir daha qeyd edirəm, rəhbərlik etdiyi komanda ilə bağlı bütün səlahiyyətlər ona verilməlidir".

Nihat Ağasoy

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:16

KL: "Dinamo Minsk" hesabda önə keçir - YENİLƏNİR

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X