Azərbaycan Kubokunun finalında "Sabah"a 2:3 hesabı ilə uduzan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, mütəxəssis belə danışıb:
"Rəqibi təbrik edirəm. Avrokuboklarda onlara uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Hər bir oyunçudan razı qaldım. Stadionda möhtəşəm atmosfer var idi.
Yassin Benzyanın aqressiv davranışı? Bu komandanı tərk etməsinin dəqiqləşməsi demək deyil. Onun qalıb-qalmayacağı hələ bilinmir. Futbolçular özlərini həm meydanda, həm də meydandan kənarda təmkinli aparmalıdırlar
53 yaşlı mütəxəssis hakim idarəçiliyi barədə sualı da cavablandırıb: "Onlar üçün də asan deyildi. Onu qeyd edə bilərəm ki, hakim oyunu ağıllı idarə etdi".