
Rusiyanın "Fakel" klubunun mərkəz müdafiəçisi Rayan Senhadci karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində "Zirə" və "Sabah" maraqlıdır.
Voronej təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan 28 yaşlı futbolçu klubundan təzminatsız ayrılsa, onu yeni mövsümdən Azərbaycan çempionatında görmək mümkündür. Başqa sözlə, "bayquşlar"la "qartallar" əlcəzairli stopperin klubuna pul ödəmək niyyətində deyillər.
Qed edək ki, ötən ilin yanvarından "Fakel"in uğurları üçün çalışır.
Nihat