
Təlim-məşq toplanışını Polşada davam etdirən "Neftçi" növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" yerli "Termalika" ilə qarşılaşıblar.
“Sportovi novini” stadionunda baş tutan qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Ağ-qaralar"ın qollarını Freddi Varqas və Bassala Sambu vurublar.
Qeyd edək ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv toplanış çərçivəsindəki ilk görüşdə "Hapoel" (Təl-Əviv, İsrail) ilə heç-heçə oynayıb - 1:1. "Neftçi" növbəti yoxlama görüşlərini Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) klublarına qarşı keçirəcək.