
"Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsində yüksələcəyi halda, Misli Premyer Liqasının 1-ci turundakı matçı təxirə salınacaq.
Fanat.Az xəbər verir ki, məlumatı Peşəkar Futbol Liqasının mətbuat xidməti yayıb.
Ağdam təmsilçisi 4-cü mərhələdə mübarizə aoarmaq hüququna sahib çıxarsa (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), avqustun 17-də "Bank Respublika Arena"da baş tutmalı olan “Sabah” - “Qarabağ” oyunu ertələnəcək.
Qeyd edək ki, Qurban Qurbanovun komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk qarşılaşmasında səfərdə "Şkendiya"ya (Şimali Makedoniya) 1:0 hesabı ilə qalib gəlib. Tərəflərin avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
Pley-off mərhələsinə adlayan komanda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun ilk oyunları 19-20 avqustda, cavab qarşılaşmaları isə 26-27 avqustda keçiriləcək.