
2-ci Liqanın iddialılarından olan "Şəmkir" daha bir transfer reallaşdırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, ötən mövsümü 1-ci Liqa komandalarından olan "Zaqatala"da keçirən Nemət Şıxəmirovdur.
Mərkəz müdafiəçisi artıq "Şəmkir"in düşərgəsindədir. Onun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Nemət daha öncə iki 1-ci Liqa komandasının təklifini geri çevirmişdi. Bunlar "Mingəçevir" və "Difai"dir.
Xatırladaq ki, Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirovun baş məşqçisi olduğu "Şəmkir" ötən mövsüm 2-ci Liqadakı mübarizəni 5-ci pillədə başa vurub.
Nihat