Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında ikinci oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv Rəşad Sadiqovun rəhbərliyi altında Bakıda Danimarkanın "Kopenhagen" ilə qarşılaşacaq.
“Azərsun Arena”da keçiriləcək matç saat 14:00-da başlayacaq.
Qeyd edək ki, U-19 ilk turda səfərdə Portuqaliyanın "Benfika" komandasına 1:7 hesabı ilə uduzub. "Kopenhagen"in gənclərdən ibarət komandası isə evdə Almaniya təmsilçisi "Bayer"ə boyun əyib - 0:2.
Nihat