
"Neftçi"nin millilərin oyunları ilə bağlı yaranan fasilədən necə istifadə edəcəyi bəlli olub.
Bu barədə Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı məlumat verib.
Klub rəsmisi Bakı təmsilçisinin yoxlama oyunu keçirməyəcəyini bildirib: "Komanda 3 günlük istirahətdən sonra bu gün bir araya gəlib və məşqlərə başlayıb. Hər hansı yoxlama oyunu nəzərdə tutulmayıb. Fasilə başa çatana qədər hazırlıq bu şəkildə davam edəcək".
Xatırladaq ki, 7 oyuna 8 xal toplayan "Neftçi" hazırda turnir cədvəlinin 9-cu pilləsində mövqe tutub. Samir Abasovun çalışdırdığı kollektiv növbəti çempionat oyununu "Palms Sport Arena"da "Araz-Naxçıvan"a qarşı keçirəcək.
Nihat