
Fransa millisinin daha bir üzvü DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl son məşqə qatılmayıb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, "Liverpul"un formasını geyinən İbrahima Konate yüngül zədə səbəbindən çalışmalarda iştirak etməyib.
Daha öncə "Real Madrid"in forfardı Kilian Mbappe də məşqə çıxmamışdı.
Qeyd edək ki, Fransa - Azərbaycan matçı oktyabrın 10-da, "Park de Prens" stadionunda keçiriləcək. Görüşün start fiti Bakı vaxtı ilə 22:45-də səsləndiriləcək.
Nihat