
Fransa millisinin kapitanı Kilian Mbappe zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsində İslandiya yığmasına qarşı keçirirəcəkləri oyunda iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "xoruzlar"ın mətbuat xidməti yayıb.
Məlumata görə, Mbappe 13 oktyabrda baş tutacaq oyunu sağ topuq zədəsinə görə buraxacaq. Sözügedən futbolçu oktyabrın 10-da Azərbaycan yığmasına qarşı ev oyununda sıradan çıxıb. "Real Madrid"in forvardı eyni zədəni 4 oktyabrda İspaniya La Liqasının 8-ci turunda, Vilyarreal"la matçda da almışdı.