Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, IX qrupda yer alan təmsilçimiz bu gün Rumıniya ilə qarşılaşacaq.
Görüş Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, qrupda Fransa və İsrail milliləri 4 xalla müvafiq olaraq 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. Rumıniya 2 xalla üçüncüdür. Xalı olmayan U-17 sonuncu pillədə qərarlaşıb.